Bakı metrosunda ölüm hadisəsi baş verib

HADİSƏ 05 yan 2019, 13:36

Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb.

Demokrat.Az-ın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə axşam saatlarında baş verib: ” “Həzi Aslanov” stansiyasından hərəkətdə olan qatar “Ulduz” stansiyasına yaxınlaşarkən bir nəfər sərnişin özünü pis hiss edib. Sərnişin “Ulduz” stansiyasında düşürülüb və təcili tibbi yardım briqadası çağırılıb. Sərnişin stansiyada dünyasını dəyişib.

Araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Mahir Kazımov olduğu müəyyən edilib”.

Meyit aidiyyəti üzrə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top