"Qabağına çay qoyub məni təhqir edirdi" - "O aparıcı bir ay efirdə qarğa kimi banladı"

MARAQLI 04 yan 2019, 15:45
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Turan İbrahimovun təqdim etdiyi “ATV səhər” verilişinin guya onun göstərişi ilə bağlanılması barədə səsləndirilən iddialardan danışıb.

Komitə sədri Demokrat.Az-a açıqlamasında bildirib ki, bu cür iddialar tamamilə yalandır:

"Turan kimdir ki, mən onu işdən çıxartdırım? O yalan danışır, başını da daşa döyür. Turanı, onun gicliyi işdən çıxartdırıb. Mən onunla bağlı heç kəsə müraciət etməmişəm. Əgər mən onunla bağlı harasa şikayət etsəydim, o zaman onun ağızını dərhal bağlayardılar. Amma bunu etmədim və o aparıcı bir ay efirdə qarğa kimi banladı. Səhər gəlib qabağına çay qoyub məni təhqir edirdi. Tərbiyəsiz adam idi. Axırda da işlədiyi telekanalı da biabır etdi".
 
Картинки по запросу turan İbrahimov Arif Rəhimzadə

A.Rəhimzadə deyib ki, ona qarşı səhv fikir söyləyən adamlar xeyr tapmırlar:

"Ümumiyyətlə, mənə toxunan adamların axırı pis olur. Çünki mən düz deyirəm, onlar isə əyri! Odur ki, mənə qarşı çıxanların axırı pis olur".

Demokrat.Az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top