Salyanda yol qəzası baş verib – Ölən və yaralanan var

HADİSƏ 03 yan 2019, 21:28

Salyan rayonunda yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınının minik avtomobili ilə toquşması nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Seyidabdulla Şahin oğlu Ağalarov və rayonun Xurşud kənd sakini, 1985-ci il təvəllüdlü Tural Tahir oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən S.Ağalarov yolda dünyasını dəyişib. Digər yaralı isə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top