Azərbaycanın taksi şirkətinin saytında işğalı altında olan rayonlar erməni dilində qeyd olunub - FOTOFAKT

HADİSƏ 03 yan 2019, 16:33
Azərbaycanda fəaliyyət göstərən "Maxim" taksi sifdarişi şirkəti ölkəmizə qarşı hörmətsizlik edib.

Demokrat.Az xəbər verir ki, şirkətin "taximaxim.az" internet səhifəsində yerləşdirilən xəritədə sifariş vermək istədikdə, monitorda Dağlıq Qarabağ və ətraf rayonlarımızın erməni dilində qeyd olunduğunu görürük.

Sözügedən xəritə isə "Google"-dən götürülərək üzərində heç bir dəyişiklik aparılmayıb.
 
Похожее изображение

Yaxşı olardı ki, Azərbaycanın müvafiq qurumları və ayrı-ayrı şirkətlər yaranmış xoşagəlməz hallarla bağlı kütləvi formada "Geoogle" şirkətinə şikayət ünvanlasın. Problem həllini tapmadığı təqdirdə isə digər şirkətlərin hazırladığı elektron xəritələrdən də istifadə etmək mümkündür. Necə ki, hazırda həmin xəritələrdən ayrı-ayrı şirkətlər geniş istifadə edirlər.

Məsələ ilə bağlı "Maxim" şirkətinin telefonlarına zəng etsək də, zəngimizə cavab verən olmayıb.

Demokrat.Az
 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top