Bakıda Şaxta Baba döyüldü - VİDEO

HADİSƏ 02 yan 2019, 22:36
Bakının mərkəzində Şaxta Baba döyülüb.

Demokrat.Az a24.az-a istinadən xəbər verir ki, Yeni il günü paytaxtın Nizami küçəsində Şaxta Baba paltarını geyinərək şəhər sakinlərini əyləndirmək istəyən gənc bir nəfərin hücumuna məruz qalıb.

Kənarda dayanaraq gəlib-gedənləri əyləndirmək üçün müxtəlif jestlərdən istifadə edən Şaxta Babanın bu davranışı şəhər sakininin qəzəbinə səbəb olur.

O, Şaxta Babanın bu hərəkətindən qorxduğunu deyərək ona hücum çəkir.

Daha sonra ətrafdakı insanların köməkliyi ilə sakitləşdirilən gəncə bunun bir əyləncə olduğu bildirilib.
 


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top