Nəsimidə Yeni il ağacların qırılması ilə başladı – Yerində bina tikilir - RƏSMİ AÇIQLAMA

HADİSƏ 02 yan 2019, 15:43
"Yaşam Residence" Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında ağacların köçürülməsinə münasibət bildirib.

Demokrat.Az-ın xəbərinə görə, şirkətin icraçı direktoru Elşən Mahmudov açıqlamasında bildirib ki, Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvanda ərazidə ağacların qırılması xəbəri həqiqətə uyğun deyil.

“2006-cı ildə şəxsi mülkiyətimizə verilmiş torpaq sahəsində tikinti aparılması üçün lazım olan bütün sənədlər toplanılıb, müvafiq qurumlara göndərilib. Bununla belə, layihədə plana düşən ağaclar qanun çərçivəsində sənədləri toplanaraq, köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub. Müraciətimiz əsasında, Birliyin əməkdaşlarının iştirakı ilə ağaclar sözügedən ərazidən çıxarılaraq, başqa bir ərazidə əkilib”.

15:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, bayram güni olmasına baxmayaraq sözügedən ərazidə ağacların qırılması ilə bağlı nazirlik əməkdaşları tərəfindən operativ araşdırma aparılır.

Asif Əsgərov Bakının Nəsimi rayonuna icra başçısı təyin olunandan yaşıllıqların qırılması kütləviləşib və intensivləşib. İcra başçısı şəhərin mərkəzi rayonunda meşəlikləri tikinti şirkətlərinə qurban edir.

Demokrat.Az-ın əldə etdiyi məlumata görə, Bakının Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında "Yaşam Residence"  tərəfindən inşaa edilən hündürmərtəbəli binanın ərazisində yerləşən ağaclar qırılaraq məhv edilib.

Ötən aydan mətbuatın diqqətində olan sözügedən ərazidə “Yaşam residence” MTK tərəfindən şam ağacları məhv edilib, yerində bina tikintisinə başlanılıb. Maraqlısı ondadır ki, ağaclar bayram günləri qırılaraq daşınıb. Bir sözlə, “Yaşam residence” MTK ərazini hasarlayıb, zeytun ağacı məhv edib, yerində tikinti aparır.

Həmin ərazidən görüntüləri sizlərə təqdim edirik.(Unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top