Bu gecə metrodan istifadə edənlərə müjdə

SOSİAL 31 dek 2018, 10:13

Bayramla əlaqədar bu gün “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışır.


Demokrat.Az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.


Məlumatda deyilir ki, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub.


Bundan savayı, paytaxtda keçirilən kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, bu gecə saat 2-yə qədər metroya giriş açıq olacaq.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top