“Rusiya və Belarus xalqlarının ittifaqı baş tutub” – Lukaşenko

DÜNYA 30 dek 2018, 21:05

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayaraq, onu Yeni il və Milad bayramları münasibətilə təbrik edib.

 

Virtualaz.org “BELTA” agentliyinə istinadla xəbər verir ki, məktubda deyilir: “Üzümüzə gələn il biz əlamətdar hadisənin – İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin imzalanmasının 20 illiyini qeyd edirik. Belarus Respublikası və Rusiya Federasiyası mürəkkəb yol keçiblər və bu gün əminliklə demək olar ki, iki xalqın ittifaqı baş tutub”.

 

Lukaşenko qeyd edib ki, İttifaq dövləti çərçivəsində iki ölkənin maraqlarının gözlənilməsi üzrə dərin etimad və hörmətə əsaslanmış gərgin iş ikitərəfli münasibətlərin bütün spektrinin inkişafına ciddi impuls verir.

 

Daha sonra Lukaşenko bildirir: “Belarusların və rusiyalıların birləşməyə olan iradəsi, əvvəlki kimi, inteqrasiya proseslərinə, çoxplanlı əməkdaşlığa və yeni ümumi tarixin formalaşmasına möhkəm özül rolunu oynayacaq”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top