Bulvarda intihar edən şəxs iki uşaq anası olub

GÜNDƏM 30 dek 2018, 19:05

Bakıda Dənizkənarı Milli Parkda ("Bulvar otel"in yaxınlığı) dənizə düşən şəxsin kimliyi məlum olub.


 
Demokrat.Az "Report"a istinadən xəbər verir ki, özünü dənizə ataraq intihar edən şəxs 1983-cü il təvəllüdlü Binəqədi rayon sakini, iki uşaq anası Rüstəmova Dilrubə Xalid qızıdır.

 

Ərazidə olan 1985-ci il təvəllüdlü Quliyev Ruslan Etibar oğlu onu xilas etməyə çalışıb, lakin mümkün olmayıb.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər D.Rüstəmovanın meyitini sudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır.  

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top