Karateçilər ilin yekununu qeyd etdilər — FOTOLAR

İDMAN 30 dek 2018, 16:14
Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi tərəfindən ilin yekunlarına həsr olunmuş geniş tədbir keçirilib. 
 
 
İdman mütəxəssislərinin və idmançıların iştirak etdiyi tədbirdə Dünya Şotokan Federasiyasının İdarə Heyətinin üzvü, “WSF Azerbaijan”ın rəhbəri, “Əməkdar İdman ustası” və “Əməkdar məşqçi” Arif Məmmədov öz çıxışında il ərzində əldə olunan nailiyyətlərdən danışıb. Dünya və Avropa çempionu, cari ildə qazanılmış uğurların səbəbini görülən səmərəli iş ilə əlaqələndirib. O, bu günün unudulmaz olduğunu diqqətə çatdırıb: 
 
 
“Hamınızı bir arada görməyə çox şadam. Bu gün bizim üçün unudulmaz günlərdən biridir. Çünki məhz bu gün, yəni ilin yekununda ilboyu çəkdiyiniz əziyyət göz önünə gəlir. Həmin əziyyətlərin bəhrəsini görmək doğurdan da, bizi qürurlandırır və bundan sonra daha ürəkdən işəməyə həvəsləndirir. Ardıcıl uğurlar və yüksək nəticələr olduqda isə biz də federasiya olaraq bunu qiymətləndirməyə çalışırıq.  
 
 
Tanınmış karateçi, karate idman növünün inkişafı üçün əlindən gələn köməkliyi bundan sonra da əsirgəməyəcəyini fikirlərinə əlavə edib: “Bundan sonra da, daim idmançılarımızın yanında olacam və onlar hər zaman mənim tərəfimdən dəstək hiss edəcəklər”.   
 
 
Daha sonra federasiya tərəfindən il ərzində fərqlənmiş idmançılar və məşqçilərə, digər şəxslərə mükafatlar təqdim olunub: 
 
 
“İLİN ƏN YAXŞI KİŞİ İDMANÇISI” – ASİM MƏMMƏDOV 
 
“İLİN ƏN YAXŞI QADIN İDMANÇISI” – İNCİ ƏZİZOVA
 
“İLİN MƏŞQÇİSİ”  –  ELMİN İSAYEV 
 
“İLİN HAKİMİ” – SİYAVUŞ BAYRAMOV
 
“İLİN REGİONU” –QAZAX 
 
“İLİN KLUBU” – Mərkəzi Karate Məktəbi
 
“ƏN PERSPEKTİVLİ İDMANÇI” – FƏRİD MƏMMƏDOV 
 
“FAİR PLAY” – CUMART SARUXANOV
 
“XÜSUSİ MÜKAFAT – “KARATE 1 GƏNCLƏR LİQASI”nın qalibi – MƏHƏMMƏD XAMOYEV. 
 
“İLİN ƏN YAXŞI TELEKANALI” (İDMAN VERİLİŞİNƏ GÖRƏ) – LİDER TV
 
“İLİN ƏN YAXŞI XƏBƏR SAYTI” – “DEMOKRAT.AZ”  XƏBƏR PORTALI.
 
 
Həmçinin, bəzi məşqçi və idmançılara Gənclər və İdman Nazirliyi tərəfindən verilən fəxri adlar onlara təqdim edilib. Aşağıda adları qeyd olunan məşqçi və idmançılara "Azərbaycan Respublikasının İdman Ustası" fəxri adı verilib: 
 
 
1. ƏZİZOVA İNCİ BAYRAM QIZI (Dünya və Avropa çempionu)  
 
2. MƏMMƏDOV ASİM TAHİR OĞLU (Dünya və Avropa çempionu)  
 
3. MAZANOV RAMİN İBRAHİM OĞLU (Dünya və Avropa çempionu)
 
4. ŞÜKÜROV SƏBUHİ RASİM OĞLU (Dünya və Avropa çempionu)  
 
5. ƏZİZOV ƏLƏDDİN  QADİR OĞLU (Dünya və Avropa mükafatçısı)
 
6. MƏMMƏDRZAYEV  ELCAN HƏSƏN OĞLU  (İkiqat Dünya çempionu)
 
7. BƏXŞƏLİYEV HÜMMƏT QƏLƏNDƏR OĞLU (Dünya və Avropa çempionu)
 
8. HACIZADƏ MURAD DİLAVƏR OĞLU (Dünya çempionu)
 
9. ƏLİYEV RÖYAL YAŞAR OĞLU (Dünya və Avropa çempionu)
 
10. ƏLİZADƏ RƏSUL İXTİYAR OĞLU (Dünya və Avropa çempionu)
 
 
 
 
Demokrat.Az
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top