İmişlidə avtomobillər toqquşdu — 4 nəfər xəsarət aldı

HADİSƏ 30 dek 2018, 17:09

 İmişlidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Demokrat.Az “Report”a istinadən  xəbər verir ki, hadisə günorta saatlarında Çaxırlı kəndində qeydə alınıb.

 

Belə ki, “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 1959-cu il təvəllüdlü İsgəndərov Yurddaş İsgəndər oğlu, 1979-cu il təvəllüdlü İsgəndərov İsgəndər Yurddaş oğlu, İmişli sakinləri, 2008-ci il təvəllüdlü Məmmədov Səbuhi Nicat oğlu və Məmmədov Kamal Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Y.İsgəndərov və K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, dekabrın 28-də də İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top