Barmaqları amputasiya olunan Ramiz Əzizbəylidən yeni xəbər

HADİSƏ 29 dek 2018, 19:56

Barmaqları amputasiya olunan xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhəti normaldır.

 

Yenicag.az bildirir ki, bu barədə aktyorun qızı Xədicə Əzizbəyli açıqlama verib:

 

“Atamın səhhəti yaxşıdır, amma hələ də narkozun təsiri altındadır, oyanır, yenidən yatır. Lakin əməliyyat gözlənildiyindən də uğurlu keçib. O şəkər, həm də beyin xəstəsi olduğu üçün ağırlaşmaların olma ehtimalı da var. Ümid edirik ki, hər şey yaxşı olacaq. Həkimlərin dediyinə görə ayağı amputasiya olunmayacaq”.

 

Qeyd edək ki, aktyor yeni ili xəstəxanada qarşılamalı olacaq. Qızının dediyinə görə, atası ay yarım xəstəxanada həkim nəzarəti altında müalicəsini davam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top