Deputatdan Naxçıvanla bağlı ŞOK AÇIQLAMA VƏ TƏKLİFLƏR – “Bəzi vəzifəli şəxslər başa düşməlidirlər ki…”

“Naxçıvan MR-in iqtisadiyyatının inkişaf etdirilməsi Qarabağın işğaldan azad olunması qədər vacibdir”

 

“Muxtar Respublika iqtisadiyyatının ödədiyi vergilər babat bir şirkətin ödədiyi vergilər qədərdir”


Demokrat.Az  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “AzPolitika.info”ya müsahibəsini təqdim edirik:

 

- Qüdrət bəy, 2018-ci il sizcə nələrlə yadda qaldı?

 

– 2018-ci il ölkədə sabitlik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirləri ilə yadda qaldı. Həm Respublika günü, həm Bakının azad olunması günü möhtəşəm hərbi parad keçirildi. Azərbaycan parlamentinin yüz illiyi yüzlərlə nüfuzlu xarici qonağın iştirakı ilə qeyd olundu. Bundan başqa ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər, forumlar keçirildi ki, bunlardan da biri BAXCP-nin iştirakı ilə keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammiti oldu. Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul olunması da böyük uğur idi. İqtisadi sferada manatın kursunun sabit qalmasını qeyd edə bilərik.

 

Üzücü hadisələr kimi Mingəçevir elektrik stansiyasında baş vermiş qəzanı və Gəncədə törədilmiş terror aktını qeyd etmək olar.

 

- Bəs bir deputat, partiya sədri kimi 2019-cu ildən gözləntiləriniz nədir?

 

– Düşünürəm ki, Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə torpaqlarımızın işğaldan azad olunmasına imkanlar yaranmışdır. Ümid edirəm 2019-cu il Qarabağın işğaldan azad olunması istiqamətində ciddi qərarların qəbul olunduğu il olacaq.

 

Bütün daxili və xarici müqavimətə baxmayaraq, Prezidentin sosial-iqtisadi sahədə islahatları genişləndirəcəyini də gözləyirəm. Bəzi vəzifəli şəxslər başa düşməlidirlər ki, keçmişdəki xidmətlərinin qarşılığını milyon dəfələrlə artıqlaması ilə alıblar. İndi isə dövrün çağırışları, onların da mənafeyi tələb edir ki, idarəetmə təkmilləşdirilsin, islahatlar genişləndirilsin.

 

Ölkəmizin güclənməsini istəyən bütün qüvvələr islahatların alternativinin ağır və üzücü böhran olacağını anlayıb, islahatları genişləndirmək üçün Prezidentə dəstək olmalıdırlar. 1993-cü ildə Prezident Elçibəyin komandasında da yaranacaq böhrandan faydalanacaqlarını düşünən iddialı insanlar var idi. Elçibəy devrildikdən sonra onların aqibətinin necə olduğunu hamımız gördük. Tarix ondan nəticə çıxarmaq üçün öyrənilməlidir…

 

Gələn il Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul olunacağına da ümid edirəm. Naxçıvan MR-in iqtisadiyyatının inkişaf etdirilməsi Qarabağın erməni işğalından azad olunması qədər vacib, təxirəsalınmaz və strateji baxımdan əhəmiyyətli məsələdir. Mən büdcə müzakirələri zamanı hökumətin diqqətini növbəti dafə Naxçıvanın problemlərinə yönəltmək istəyirdim, amma müzakirələr dayandırıldığından imkan olmadı.

 

- Belə bir proqramın qəbul olunmasını zəruri edən nədir?

 

– Azərbaycan Respulikasının Prezidenti Nazirlər Kabinetinin 2017-ci ilin iyulunda keçirilən iclasında və ondan qabaqkı müşavirələrdə söyləmişdi ki, “Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Bölgə rəhbərlərinin fəaliyyətinə həm də bu göstəricilərə görə qiymət veriləcək”. Cənab Prezidentin bu mövqeyinin nəticəsidir ki, ölkənin 34 şəhər və rayonu gələn ilin büdcəsindən nəinki dotasiya almayacaq, hətta Sumqayıt, Abşeron, İmişli, Mingəçevir, Şirvan, Yevlax, Qəbələ, Quba və s. bu kimi şəhər və rayonlar öz xərclərini qarşılamaqla yanaşı dövlət büdcəsinə 10 milyonlarla manat vəsait ödəyəcəklər. Yerdə qalan bütün digər bölgələrin hamısına isə birlikdə 104 milyon manat dotasiyanın ayrılması nəzərdə tutulur.

 

Naxçıvan blokada vəziyyətində olduğundan Cənab Prezidentin yuxarıda qeyd etdiyim fikirlərini, mənə görə Naxçıvana aid etmək doğru olmaz. Naxçıvan Muxtar Respublikasına 2019-cu ilin dövlət büdcəsindən 300 milyon 360 min manat dotasiya ayrılacaq. Naxçıvanın hər il artımla ayrılan dotasiya ilə yaşadığını mərkəzi mətbuatdan öyrənən yerli sakinlər buna görə ölkə Prezidentinə və hökumətə çox minnətdardılar. Məhz ayrılan dotasiya və ondan səmərəli istifadə hesabına regionda qaz və işıq problemi həll olunub, yollar çəkilib, məktəb, səhiyyə obyektləri, inzibati binalar tikilib, abadlıq işləri görülüb. Amma kasıblıq ucbatından qaz pulunu ödəyə bilməyən, kənd yerlərində yaşayan bir çox insanlar odunla evlərini qızdırır, odun sobalarda yemək hazırlayırlar. Naxçıvanda yaşayan əhalinin kasıb olmasını nəzərə alan hökumət təyyarə biletlərinin ucuz olması üçün AZAL-a əlavə olaraq büdcədən vəsait ödəyir. İnsanlar məşhur misalda deyildiyi kimi, “onlara balıq verməkdənsə balıq tutmağın öyrədilməsinin” daha səmərəli olduğunu söyləyirlər.

 

Gələn il Naxçıvan büdcəsinin yalnız 21.7%-i, yəni 83.3 milyon manatı yerli gəlirlər hesabına formalaşacaq. 455 mindən artıq insanın qeydiyyatda olduğu region üçün bu rəqəmin nə qədər kiçik olduğunu söyləməyə ehtiyac yoxdur. 341 min insanın yaşadığı Sumqayıtın gəlirləri 90 milyon manatdır. Muxtar Respublikanın 83.3 milyonluq yerli gəlirlərinə Naxçıvan MR Dövlət Gömrük Komitəsi tərəfindən toplanan vəsait də daxildir və bu vəsait də dövlət büdcəsindən daxil olan dotasiya kimi qəbul olunmalıdır. Dünyanın heç bir federativ və ya konfederativ dövlətində subyektlərin gömrük və miqrasiya xidməti yoxdur. Azərbaycan isə hətta unitar dövlətdir. Bu dövlət institutları müstəsna olaraq mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır və gömrük daxilolmaları yerli büdcəyə yox, dövlət büdcəsinə köçürülür. Keçmişdə Naxçıvanın iqtisadi durumunun daha ağır vəziyyətdə olmasını, blokada vəziyyətində yaşamasını nəzərə alaraq büdcə vəsaitləri hesabına əlavə iş yerlərinin açılması üçün Muxtar Respublikada DGK və DMX formalaşdırılmışdır. Amma bunun mənfi nəticələri ondan ibarət olmuşdur ki, bu gün Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən, əşya və yük daşıyan insanlar gömrük yoxlamalarından keçmək və qanunsuz “rüsum” ödəmək zorunda qalmışlar, sanki başqa dövlətdən gələn əcnəbilər kimi. Hətta Avropa İttifaqının vətəndaşları belə bir üzv dövlətdən digərinə gedərkən gömrük yoxlamalarına məruz qalmırlar.

 

Ölkədə vahid gömrük tariflərinin olduğu halda haradasa gömrük nəzarəti yaxşı təşkil olunmayıbsa, qanunlar düzgün tətbiq olunmursa həmin problemlər həll olunmalıdır, daha vətəndaşlar bunun əziyyətini çəkməməlidir. Başqa bir təhlükəli vəziyyət isə ondan ibarətdir ki, gələcəkdə Dağlıq Qarabağa elan etdiyimiz geniş muxtariyyət statusu verəsi olsaq, onlara da özlərinin Dövlət Gömrük Komitəsini yaratmalarına razılıq vermək zorunda qalacağıq.

 

Muxtar Respulika DGK tərəfindən yığılan vəsait, o cümlədən Bakıdan verilən dotasiya və Prezidentin ehtiyat fondundan ayırdığı vəsaitlər hesabına maliyyələşdirilən investisiya layihələrindən daxil olan ƏDV, mənfəət vergisi və sosial müdafiə fonduna edilən ödənişlər 83.3 milyonluq yerli gəlirlərdən çıxılsa, Naxçıvan MR iqtisadiyyatının real durumunu göz önünə gətirmək olar. Bu zaman bəlli olacaq ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının ödədiyi vergilər babat bir şirkətin ödədiyi vergilər qədərdir. Əlbəttə, kimsə düşünə bilər ki, yəqin vergidən yayınma halları var, yaxud toplanan vergi büdcəyə ödənilməyib mənimsənilir. Yox, belə deyil. Bu halda insanlar iş üçün Naxçıvanı tərk etməzdilər.
Naxçıvan MR-in duz, mineral sular və mərmər kimi təbii sərvətlərinin istifadəsindən gələn gəlirlər iqtisadiyyatın dirçəldilməsi üçün yetərli deyil. Naxçıvanda istehsal və emal müəssisələri yaradılmalı, sənaye inkişaf etdirilməlidir. Bu məqsədlə Naxçıvanın sosial-iqtisadi inkişafına dair Nazirlər Kabineti tərəfindən Xüsusi Dövlət Proqramının qəbul olunmasına ehtiyac var. Uzun müddətdir Naxçıvanda azad iqtisadi zona yaradılmasına dair aparılan müzakirələr yekunlaşdırılmalı, bütün korporativ maraqlar kənara qoyulmalı və bu barədə hökumət tərəfindən təcili qərar qəbul olunmalıdır. Belə olarsa həm Naxçıvandan, həm ölkənin digər regionlarından olan iş adamları, həm xaricilər ora investisiya qoyar, yeni iş yerləri açılar. Yaşamaq üçün iş yeri uğrunda mübarizə mənəvi dəyərləri deqradasiyaya uğratmaz, əhali kütləvi şəkildə Naxçıvanı tərk etməz.

 

Azad iqtisadi zonanın yaradılması sərhədyanı ticarətin inkişafına da öz müsbət təsirini göstərəcəkdir. Naxçıvanla sərhəd açılana qədər qardaş Türkiyənin İqdır şəhərində nəqliyyat vasitəsi kimi at arabasından istifadə olunurdu, amma indi Naxçıvanla sərhədyanı ticarətin nəticəsi kimi İqdır Türkiyənin ən inkişaf etmiş şəhərlərindən birinə çevrilmişdir. Eynilə, sanksiyalar altında yaşayan İranın Culfa şəhərində azad iqtisadi zona yaradılandan sonra sərhədin bu tayından müşahidə etdiyimiz hündürmərtəbəli binalardan ibarət yeni bir şəhər salınmışdır.

 

Naxçıvan MR-də iqtisadiyyatın inkişafı üçün iqtisadi azadlıqlar genişləndirilməli, sahibkarların aşağı faizli kreditlərə çıxışı təmin edilməlidır. Bu məqsədlə nüfuzlu xarici bankların Naxçıvanda filiallarının açılmasına nail olunmalı, Neft Fondunun vəsaitlərinin bir hissəsi Naxçıvandakı banklarda yerləşdirilməlidir.

 

Yalnız doğulduğum Əbrəqunus kəndindəki vəziyyəti təsvir etməklə nə qədər iş yerlərinin bağlandığını və nə üçün insanların Naxçıvanı tərk etdiyini diqqətinizə çatdıra bilərəm. İlk öncə qeyd edim ki, mərhum Prezident Heydər Əliyev ilk dəfə 1967-ci ildə bizim kənddən, Əbrəqunus seçki dairəsindən Azərbaycan SSR-in Ali Sovetinə deputat seçilmişdir və deputat vəsiqəsi Milli Məclisin muzeyində saxlanılmaqdadır. Əbrəqunus 1948-ci ilə qədər rayon mərkəzi olmuş, sonra isə Culfa ilə birləşdirilmişdir. Sovet hakimiyyətinin son illərinə qədər kənddə iki (internat və kənd orta məktəbi) məktəb, texniki peşə məktəbi, xəstəxana, ictimai iaşə obyektləri (yeməkxana, çayxanalar), klub, kitabxana, aptek, təqaüdçülər üçün ev, rabitə qovşağı, əmanət bankının filialı, poçt, sovxozun inzibati binası, kənd sovetinin inzibati binası, çörək zavodu, tədarük məntəqəsi, ən əsası, iki şərab zavodu mövcud idi. Hazırda məktələr birləşdirilib bir yeni məktəb, bələdiyyə və kənd icra nümayəndəliyi üçün inzibati bina, tibb məntəqəsi tikilib. Bundan başqa kəndimizdən olan xeyirxah insanların ianəsi hesabına mərasim evi və məscid də tikilmişdir. Yuxarıda sadaladığım idarə və müəssisələr bağlanıb, binaları isə kəndin mərkəzində xarabalığa çevrilib. Təəsssüf ki, heç kim uzun illərdir həmin yerləri alıb nəsə qurub-yaratmaq istəmir. Vaxtilə həmin müəssisə və idarələrdə yüzlərlə insan çalışırdı. Şərab zavodlarında işləyənlərlə yanaşa çoxlu sayda insanlar sovxozun üzüm bağlarında çalışırdı, həm də həyətyanı təsərrüfatlardan topladıqları üzümü şərab zavodlarına təhvil verib pul qazanırdılar. İndi zavodlar və üzüm bağları məhv edildiyindən və yeni iş yerləri açılmadığından o insanların çoxu, o cümlədən hərbi xidməti başa vuran gənclər iş tapmaq üçün İstanbula, Bakıya, Rusiyaya köçmüş və bu köç davam etməkdədir. Kənddə qalan ağsaqqallar isə oturmağa yer tapmadığından yayda kəndin mərkəzindən keçən soyuq qaz kəmərinin üstündə oturub, qışda isə ayaq üstündə dayanıb bir-biri ilə hal-əhval tutmaq zorunda qalmışlar. Oxşar vəziyyət yaşayış məntəqələrinin mütləq əksəriyyəti üçün səciyyəvidir. Hazırda İstanbulda, Bakıda naxçıvanlıların ayrıca qəbristanlıqları yaranmışdır. Naxçıvan qadınları İstanbulda yerli sakinlərin işləmədiyi kimyəsal fabriklərdə çalışmaqdadırlar. Uşaqları isə təhsil almaq imkanlarından məhrum olmuşlar. Bu problem deputat həmkarım Fazil Mustafa tərəfindən dəfələrlə Milli Məclisdə qaldırılmışdır. Naxçıvanlıların İstanbuldakı ağır həyatı barədə sosial şəbəkələrdə kifayət qədər ürək ağrıdan videoçarxlar mövcuddur. Bakıya köç etmiş naxçıvanlıların çoxu isə Bakiətrafı kəndlərdəki qeydiyyatsız gecəqondularda yaşayır.

 

Hökumət tərəfindən Naxçıvanda real vəziyyətin öyrənilməsi üçün mütəxəssislərdən ibarət işçi qrup yaradılsa daha üzücü mənzərə ilə üz-üzə qalarıq…

 

Hörmətli Baş nazirin də Naxçıvanda doğulub boya-başa çatdığını nəzərə alıb, ümid edirəm ki, O, Naxçıvandan köçün qarşısının alınması, insanların həyat şəraitinin yaxşılaşdırılması, Naxçıvan sakinlərinin öz yurdlarına Böyük Qayıdışını təmin etmək üçün min illər boyu Azərbaycan türklərinin yaşadığı qədim Naxçıvanın sosial-iqtisadi inkişafına dair Xüsusi Dövlət Proqramının qəbul olunması, Naxçıvan MR-in Azad İqtisadi Zona elan olunması məsələləri ilə yanaşı Əbrəqunusun rayon statusunun bərpa olunması məsələsini də Nazirlər Kabinetində müzakirə edərək ölkə Prezidentinə zəruri məlumatları təqdim etməklə müvafiq qərarların qəbul olunması üçün səylərini əsirgəməyəcəkdir.

 

Sonda xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər bir vətəndaşımıza xoşbəxtlik və xoş güzəran arzu edirəm. Allah xalqımızı qorusun!

 

29 Dekabr 2018, 13:17   
loading...
Ən çox izlənənlər
Xəbərlər

Новости

Культ Илона: Tesla представляет новый автомобиль

В ночь на четверг Илон Маск представил Tesla Model Y на студии Tesla Design Studio в городе Хоторн, штат Калифорния, накачанной толпой фанатов Tesla, сотрудников, инвесторов и СМИ. "Мы буквально возвращаем сексуальность", - сказал Маск после выхода на сцену под хит баров 90-х "I 'm Too Sexy". Маск ссылался на то, что его линейка автомобилей Models S, 3, X, а теперь и Y, теперь намеренно произносит слово - вы догадались - "сексуально". Или S3XY. Компания Tesla выставляет свою новую модель в качестве доступного кроссовера, который, как сказал Маск, "имеет функциональность внедорожника, и ездит, как спорткар". Вообще, она как бы выглядит как хэтчбек версии Model 3; нежным кривым и большим, называйте это Карди Б из Тесла. В то время как Tesla бросила четверговое собрание, чтобы показать модель Y, это также был шанс для Маска, чтобы направить свою внутреннюю рок-звезду и сделать круг победы среди фанатов, друзей и бывших ненавистников, отмечая, как далеко шагнула Tesla всего за 14 лет существования. "Через двенадцать месяцев мы сделаем около миллиона автомобилей", - сказал Маск. "Довольно дико думать, что 11 лет назад сегодня мы сделали буквально одну машину. Через год - 1 миллион ". После характерного долгого входа Маск открыл мероприятие, появившись на сцене во всем черном 'припеве в паре с заказным черно-красным Tesla Nikes. Толпа из сотен человек сгустилась еще ближе к сцене, когда клубная музыка сошла на нет, а красное партийное освещение было заменено на сценический прожектор. Бармены взяли перерыв. Вместо того, чтобы просто показать нам чертову машину, Маск продолжил пройтись по истории Tesla, начиная с дебюта Tesla Roadster в 2008 году, заканчивая строительством Гигафабрик по всему миру, через масштабную борьбу за производство Model 3 2018 года ("2018-й почувствовал, что стареет сразу 5 на лет") и, наконец, до настоящего времени. Это включало в себя прокачку каждой модели - Roadster, S, 3, X и даже Semi - в пространство событий и на сцену (хотя Semi пришлось остаться в задней части. Он просто большой болван!) Маск показал урок истории Tesla не только для того, чтобы просто показать это, но и для того, чтобы донести свое видение будущего: полностью устойчивая энергетическая система, в комплекте с транспортными средствами Tesla, солнечными панелями, батареями (под названием Powerwall) и суперзарядами. "С помощью солнечных и силовых и электромобилей у нас впереди действительно светлое будущее", - сказал Маск. "Это захватывающе" С точки зрения бизнеса это оптимистично. После проблем с производством Model 3 и потасовок с SEC, Tesla просто едва выбила выгодные кварталы в первой половине 2018 года. Tesla также должна заплатить за свой шанхайский завод, и принять новые производственные вызовы с моделью Y. Так что финансовое будущее Tesla может быть не сразу ярким, но вы получили ощущение, что Маск говорил о картине будущей энергии. Он также воспользовался шансом, чтобы признать, что перемены Tesla вдохновили отрасль в целом в отношении электромобилей - со здоровой дозой f * * * haters. Он рыдал о том, как в 2009 году СМИ и автопром называли Tesla и концепт электромобилей смешными всевозможными названиями. Но как сейчас, каждый бизнес субъект автомобильной промышленности делает ставку на электричество. Это, по словам Маска, было его конечной целью: не просто продать электромобиль, а сделать электрокар стандартом отрасли. "Это цель была все это время", - сказал Маск. Наконец, Маск вывел "Модель Y". Маск взглянул на сцену с усмешкой, все напрягались, чтобы посмотреть на новую машину. "Из любого внедорожника среднего размера, я думаю, это будет тот, который вы хотите", - сказал Маск. Он был горд. Помимо проверки Model Y, ночь на четверг показала, что событие Tesla - по-настоящему странное зрелище. Я узнал на прошлом мероприятии, что Tesla предлагает места для событий своим истинным болельщикам, автовладельцам и членам сообщества. Это означает, что фанатское сообщество Маска - которое активно в интернете - фактически материализует IRL, надев куртки Tesla и крича "WE LOVE YOU" на Маска со сцены. Сотрудники Tesla также принимают участие, и их можно увидеть в праздновании дебюта, когда они жутко пьют пиво среди толпы. Там есть инвесторы и банкиры, хорошо одетые женщины и мужчины, одетые в жилеты, наблюдающие за всем этим, довольные деньгами, которые они дали Маску. И, наконец, есть СМИ и блоггеры, которые фиксируют каждый момент события в своих камерах, как они говорят для аудитории, которую никто из нас не видит. Когда они все сталкиваются, это действительно что-то. Когда Кейси Нейстат пробился в тестовую езду Tesla Model Y, фанат Tesla кричал на пресловутого блогера, снова и снова спрашивая: "ВЫ ДАЖЕ ВОДИТЕ TESLA, КЕЙСИ? А ТЫ? " Она, по всей видимости, была расстроена тем, что общественный деятель получил путевку вместо нее, настоящего поклонником. О да, была пробная поездка. Это было... Очень быстро! В обоих смыслах слова. Tesla предлагала заезды в Model Y для прессы и инвесторов, а также фанатов, если им посчастливилось получить их номера. Маск рекламировал машину, которая может ехать от 0 до 60 миль/ч за 3,5 секунды. И скромно хвастался этим. Мы не совсем так далеко добрались: заезды длились около минуты, путешествуя по парковке, а потом по кварталу. Водители также продемонстрировали возможности электромотора, так как ускорялись по блоку. Модель Y основана на дизайне Model 3, поэтому у нее похожий интерьер: огромная крыша, охватывающая почти длину автомобиля, горизонтальный сенсорный экран и пять сидений, в которые мы должны втиснуться. А потом все закончилось. Болельщики продолжали ждать заездов. Пирог, который Маск пообещал в Twitter в ознаменование Дня Пи (14 марта), материализовался; Бар снова открылся. Маск сейчас переживает много проблем. У него есть обвинение в неуважении к суду от SEC за нарушение соглашения за его твит и несколько случаев разоблачения рисуют его мстительным, чрезмерно контролирующим боссом. Маск как общественный деятель - с его трюками в Twitter и появлением красных ковров и диких предсказаний - супер. Лично он кажется искренне гордым и счастливым. Источник:https://mashable.com/

Обзор iPhone 11: сочетание цены, возможностей и качества

В прошлом году Apple представила iPhone XR как «доступное» предложение в своей новой линейке iPhone. Нам очень понравился XR, и мы даже сказали, что это может быть лучший iPhone, который когда-либо делал Apple. Следствием iPhone XR является новый iPhone 11, и тот факт, что Apple решила благословить эту модель названием «iPhone 11», а не называть его чем-то вроде iPhone 11R, многое говорит о том, где компания позиционирует телефон. Но может ли этот телефон нести бремя быть известным как iPhone 11? На самом деле, это может. Удовлетворительное повышение скорости, настройка двух камер и длительное время автономной работы делают iPhone 11 даже лучше, чем прошлогодний iPhone XR. И учитывая его относительно низкую цену, это, вероятно, лучший новый iPhone для большинства людей. Улучшения камеры Отличительной чертой iPhone 11 является его 12-мегапиксельная двойная камера. Похоже, что Apple решила, что с телефонами этого года они сделают камеру ударно намеренно привлекательной. Единственная камера iPhone XR едва заметна, а дизайн удвоенной камеры iPhone XS не заставит вас задуматься о том, как она выглядит. Но двойная камера iPhone 11 требует вашего внимания и кричит: «Улыбайся! Вы на камеру! iphone xr iphone 11 камеры IPhone XR (слева) имеет одну широкую камеру. IPhone 11 (справа) имеет широкие и сверхширокие камеры. У iPhone 11 есть широкая камера, такая же, как на iPhone XR, но вторая камера iPhone 11 - это сверхширокая камера с 2-кратным увеличением, позволяющая вам снимать больше в любой среде, в которой вы снимаете. Эти две камеры также есть на iPhone 11 Pro, который добавляет третью телеобъектив для увеличения. Сверхширокий - это отличное дополнение, обеспечивающее еще большую гибкость при съемке фотографий. К счастью, Apple позволяет легко переключаться между широким и ультра широким диапазоном. При создании кадра в приложении «Камера» в нижней части рамки изображения появляется кнопка 1x, что означает, что используется широкая камера. Нажмите эту кнопку, и телефон переключится на сверхширокую камеру, и кнопка 1x станет кнопкой 0,5x. Нажмите кнопку еще раз, чтобы переключиться обратно. Кроме того, когда вы находитесь в режиме 1-кратного обзора камеры, вы получите предварительный просмотр того, как будет выглядеть сверхширокий снимок 0,5x. телефон шириной 11 фресок Снято на камеру iPhone 11 1x шириной. Приложение для камеры iphone 11 с широким видоискателем При использовании широкоугольной камеры вы можете увидеть предварительный просмотр сверхширокого обзора, не переключаясь на сверхширокую камеру. телефон 11 росписи ультра широкий Полученное изображение с помощью ультраширокой камеры iPhone 11. С точки зрения фактического качества изображения, как широкие, так и ультраширокие дают великолепно выглядящие фотографии. Цвета точные, а камеры обеспечивают потрясающий уровень детализации и четкости изображения. Конечно, мы говорили то же самое о предыдущих iPhone, и это все еще верно в отношении iPhone 11. Но эксклюзивно для iPhone 11 (и 11 Pro) - это новый ночной режим, который полностью обновляет игру Apple для съемки при слабом освещении. Действительно, если вы ищете только одну причину, чтобы купить новый iPhone, это, вероятно, это. Ночной режим снимает изображения, снятые в темноте, и использует программную обработку для выявления деталей, которые в противном случае были бы потеряны. У нас есть подробности о том, как использовать ночной режим и как он работает, в отдельной статье. Улучшение при слабом освещении было доступно в телефонах Android, и, наконец, на iPhone, и оно работает очень хорошо. Наше родственное издание PCWorld даже обнаружило, что ночной режим Apple лучше, чем версия Android. Итог: это полезная функция, которая дает отличные результаты. iphone 11 ночной режим перед Снято без использования ночного режима. iphone 11 ночной режим после Снято с активным ночным режимом. Каково это снимать в ночном режиме.Единственная проблема, с которой я столкнулся с задней камерой iPhone 11, - это отсутствие оптического зума. Как и в случае с iPhone XR, iPhone 11 имеет только цифровой зум, вплоть до 5-кратного. В некоторых случаях, особенно когда вы проходите цифровое увеличение с увеличением 2х, вы получаете заметный шум изображения, что делает неприглядную фотографию. Так что, если вы мне нравитесь и часто пользуетесь зумом, вам нужно переосмыслить то, как вы используете его на iPhone 11. камера iphone 11 крупным планом У камеры iPhone 11 нет оптического зума, хотя он предлагает 5-кратный цифровой зум. Стоит отметить, что Apple наконец-то обновила фронтальную камеру TrueDepth, с 7-мегапиксельной камеры, которая снимает видео 1080p / 60fps, до 12-мегапиксельной камеры, которая снимает видеокамеру 4K / 60fps. А передняя камера может записывать замедленное видео, которое ранее было недоступно. Так что да. Давайте посмотрим, сможет ли Apple сделать «обман». Быстрый телефон становится еще быстрее В основе iPhone 11 лежит новый процессор A13 Bionic, преемник A12 Bionic, который есть в iPhone XR. A12 Bionic - впечатляющий чип, так что же делает A13 Bionic, чтобы продолжить его? При производительности процессора выигрыш скромный. В тестах Geekbench 5 iPhone 11 продемонстрировал 14-процентное увеличение производительности одноядерного процессора по сравнению с iPhone XR, в то время как производительность многоядерных процессоров подскочила на 18%. Geekbench 5 Iphone 11 XR Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. В тестах, которые подчеркивают графическую производительность iPhone, iPhone 11 продемонстрировал более впечатляющие результаты по сравнению с iPhone XR. В тесте 3DMark Sling Shot iPhone 11 был на 29 процентов быстрее в тестах Sling Shot Extreme и Sling Shot Extreme Unlimited. В тесте 3D Stark Ice Storm Unlimited iPhone 11 был на 20 процентов быстрее. 3dmark рогатка iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. 3dmark icestorm iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. Цифры показывают повышение производительности, но чувствует ли себя iPhone 11 быстрее, чем iPhone XR? Это наверняка так. При повседневном использовании iPhone 11 чувствует себя быстрее, приложения чувствуют, что они запускаются быстрее, а производительность графики в играх заметно снижается. Это даже верно при сравнении производительности с iPhone XS, который использует тот же процессор, что и iPhone XR. IPhone 11 имеет тот же процессор, что и iPhone 11 Pro, и результаты тестов в целом для этих телефонов соответствовали друг другу. Так что, по сути, за несколько сотен долларов вы можете получить такую ​​же производительность в iPhone 11, как и профессионалы. Если производительность является вашим главным соображением, это ценностное предложение, которое трудно игнорировать. Немного больше время автономной работы Apple утверждает, что батарея iPhone 11 емкостью 3046 мАч работает на один час дольше, чем батарея iPhone XR емкостью 2942 мАч, и вы можете получить до 17 часов воспроизведения видео, 10 часов потокового видео и 65 часов воспроизведения аудио. Примечательно, что Apple больше не предоставляет оценку того, что она назвала «время разговора (беспроводное)». Для iPhone XR это было 25 часов, и мы можем подсчитать, что вы можете получить до 26 часов на iPhone 11. Согласно Apple Например, более длительный срок службы батареи был достигнут за счет сочетания большей батареи и оптимизации программного и аппаратного обеспечения. Мы использовали тест Geekbench 4 Battery Life, чтобы измерить время автономной работы и сравнить его с другими iPhone. Результаты нашего теста показали, что iPhone 11 и iPhone XR имеют одинаковое время автономной работы. На самом деле, в нашем тестировании iPhone 11 продержался всего на несколько секунд дольше, чем iPhone XR. В нашем тесте Geekbench 4 Battery Life выполняются ресурсоемкие задачи (с выключенным затемнением экрана) до тех пор, пока батарея не разрядится, поэтому она не отражает реальное использование. Тем не менее, это эффективный способ последовательно тестировать разные телефоны. батарея iphone 11 xr Результаты раз в минутах. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить.Во время ежедневного использования мне никогда не приходилось заряжать iPhone 11 до конца моего дня. Я думаю, что я более требовательный пользователь, чем большинство, потому что я играю в Pokémon Go во время моих поездок на работу и обратно, а также на прогулку с собаками. В мой самый трудный день (в субботу, прогуливаясь по парку Золотых Ворот в Сан-Франциско, играя в PoGo, наблюдая за футбольным матчем моего сына и используя навигацию по Apple Maps), я закончил день, когда осталось 24% заряда батареи. Совсем неплохо. Одним из основных недостатков в отношении срока службы батареи является прилагаемое зарядное устройство. Apple по-прежнему имеет маленькое медленное 5-ваттное зарядное устройство со своей младшей моделью iPhone. За 29 долларов вы можете купить адаптер питания USB-C на 18 Вт от Apple - тот же, что входит в комплект поставки iPhone 11 Pro. Обидно, что Apple не включает это зарядное устройство в базовую модель. IPhone 11 также поддерживает беспроводную зарядку, но вам придется приобретать беспроводное зарядное устройство Qi отдельно. Дизайн: не связывайтесь с тем, что работает Apple не сильно изменилась, когда дело доходит до промышленного дизайна. IPhone 11 очень похож на iPhone XR, с анодированными алюминиевыми боковинами, выемкой дисплея и стеклянной задней панелью, доступной в черном, зеленом, фиолетовом, белом, желтом и (Product) Red. Тем не менее, цветовая гамма в этом году отличается: Apple решила использовать пастельные оттенки, более тонкие, чем яркие цвета XR. ободок iphone 11 Лицевая панель iPhone 11 (справа) толще, чем лицевая панель на OLED-телефонах, например iPhone 11 Pro Max (слева). IPhone 11 по-прежнему оснащен черными рамками, которые толще, чем у айфонов с OLED-дисплеями. И до тех пор, пока эта модель продолжает использовать ЖК-дисплей (более дешевая деталь, чем OLED в модели Pro), более толстые лицевые панели сохранятся, чтобы помочь остановить утечку света. Имейте в виду, я не нашел ободряющих рамок. На самом деле, я фактически не замечал их, пока они мне не указали. Наиболее заметным изменением дизайна между iPhone 11 и iPhone XR (помимо цветов и неровностей камеры) является размещение логотипа Apple, который теперь находится по центру, а не около камеры.

SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin