"Bu qatar Azərbaycanı gələcəyə aparacaq" - Gülər Əhmədova

SOSİAL 29 dek 2018, 12:44

Bu gün Bakı-Gəncə sürət qatarının fəaliyyətə başlaması cəmiyyətdə ciddi rezonans doğurub. Hadisə bayramqabağı ölkə mediasının əsas mövzusu olaraq gündəmi təşkil edir.


Demokrat.Az xəbər verir ki, keçmiş millət vəkili Gülər Əhmədova da Moderator.az ilə əlaqə saxlayaraq bu tarixi hadisəni yüksək qiymətləndirdiyini bildirib və keçmiş həmkarı Cavid Qurbanovu təbrik edib, ona uğurlar arzulayıb.

 

Gülər Əhmədova bildirib ki, bu qatar doğurdan da təkcə Gəncəyə yox, həm də Azərbaycanı gələcəyə aparacaq və ümid edirik ki, tezliklə Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da sürət qatarları ölkənin bütün regionuna işləyəcək. 

 

O bildirib ki, İnşallah Bakı-Xankəndi sürət qatarı da Cavid Qurbanovun rəhbərliyi altında çəkiləcək. 

 

Gülər Əhmədova əlavə edib ki, bu hadisə həm də cənab prezidentin böyük bir uğurudur, cənab prezidentin Azərbaycan xalqına çox böyük bir hədiyyəsidir. 

 

"Mən bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm, cənab prezidenti təbrik edirəm, keçmiş həmkarımı təbrik edirəm"-deyə keçmiş millət vəkili bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top