Hafiz Hacıyev: “Axşamlar “Moyka”da maşın yuyuram”

MÜSAHİBƏ 28 dek 2018, 13:02

2018-ci il sona çatır. Sfera.az saytının əməkdaşı   2018-ci ildə baş verənləri Müasir Müsavat Partiyasının sədri  Hafiz Hacıyevlə müzakirə edib. 
 
 
-2018-ci il sizin üçün necə keçdi?
 
-Açığı məni qane edəcək bir şey yoxdu. Mən o zaman qane olardım ki, partiyamız seçkilərdə qalib gələrdi və mən prezident olardım. Əlbəttə bu mənim üçün məqbul hesab olunurdu. Amma görünür partiyamızın zəifliyi nəticəsində, mənim zəifliyimə görə, düzgün strategiyanın qurulmamasından mən yox, mənim qardaşım president oldu. Burada elə bir fərq görmürəm. Sadəcə olaraq 2018-ci il mənim üçün o qədər də ürəkaçan olmadı. Dağlıq Qarabağ məsələsini həll edə bilmədik. İqtisadi məsələlər ürəyimcə həll olunmadı. Ölkədəki bütün problemlərin yükü bir nəfərin üzərinə atıldı. Hamısını əziz qardaşımın üstünə yüklədilər. Bunlara qarşı mən mübarizə aparıram. Bu gün məmur təbəqəsi mənim qardaşıma xəyanət edir. Xalqı incidirlər, rüşvət baş alıb gedir, haqsızlıq, ədalətsizlik ərşə qalxıb. Bunları edənlər qalıb kənarda, hamı da deyir ki, prezident hara baxır. Bunun qarşısını ala bilmirəm. Almaq üçün də bütün partiya aparatını, rayon təşkilatlaını cəlb etmişik. Hələlik istədiyimiz nəticəni əldə edə bilməmişik. Əgər rayon icra hakimiyyətinin başçısı rus televiziyasına müsahibə verir və orada "da” ilə "yes”i deyə bilmirsə bu Azərbaycan dövlətinə həqarətdi. Və yaxud da bir məmur rüşvət alır, xalqı incidir, küçələrə salır, o məmurun adı çəkilmir, ancaq prezidentin yaxasından yapışırlar. Bu məsələlər incidici, üzücüdü. Açığı da belə məsələlər 2018-ci ildə ictimai rəyə mənfi mənada təsiri olub. Düşünürəm ki 2019-cu ildə bunların qarşısı alınmasa çox çətin vəziyyətdə qalacayıq. 


 
-Bu il cənab Prezident bir neçə korrupsioneri işdən çıxartdı. Hansını çıxardırsa onun sərvəti üzə çıxır. Bunların arasında sizin ifşa etdiyiniz məmurlar da çoxdu.


 
-Açığı deyim ki, ağrılı yerimə toxundunuz. Həm president seçkilərində, həm də ayrı vaxtı ortaya mövqe qoydum. Və bunun müsbət nəticəsi oldu. Əziz qardaşıma sağ ol deyirəm ki, heç olmasa mənim fikirləimi nəzərə alıb. Mən president seçilsəydim onları elə belə buraxmazdım. Məsələn, 10-20 ilin naziri olub, yeyib dağıdıb, xaricdə villalar alıb, ofşorlarda şirkətlər qurub. Məsələn, Ziya Məmmədovun, Fazil Məmmədovun çıxarılmasında çox böyük təkid göstərdim. Bunları deyərkən üzərimə çoxlu basqılar oldu. Amma buna baxmayaraq çəkinmədim. Əziz qardaşım İlham Əliyevə bu sahədə daha çox zərbə dəyəcəyini düşünüb bu məsələləri gündəmə gətirdim. Onları vəzifədən kənarlaşdırmaq azdı. Bunlar həbs edilməliydi. Həbs edilmədiklərinə görə bu gün Azərbaycanı xaricdən təhdid edirlər. Bu qüvvələri əldə saxlayan həmin məmurlardı. Məsələn bizdə ciddi faktlar var ki, "qaçqınkom”un keçmiş sədri Əli Həsənov milyardlarla pul yeyib. Cənab Prezident onu vəzifədən kənarlaşdırdı. Bilirsiniz də o kimlərin qohumudu, bacanğıdı, qudasıdı, bu bəlli məsələdi. Zamanı gələcək bu baradə ciddi açıqlamalar olacaq. O vəzifədən çıxarılandan sonra yoxlamalar getdi. 2 milyard yarım yeyinti üzə çıxdı. Amma ona qarşı ölçü götürülmür. O niyə baş nazirin müavinidi? Onun yeri həbsxana olmalıdı. O yerlisi vasitəsilə Azərbaycan dövlətinə təsir etməyə çalışır. Məsələn Orduxan Teymurxanlı onun yerlisidi. Bizim Cəbrayıl rayon təşkilatının verdiyi məlumata görə çox yaxın əlaqələri var. O maliyyələşdirir. Bundan başqa Azərbaycanı borc məsələsinə salan Rüfət Aslanlı. Bilirsiniz ki, iki il mən bununla mübaizə apardım. Bir gün məni çağırıb izahat aldılar ki sən bundan nə istəyirsən. Bu adamın nənəsi ermənidi. Gədəbəydə Əmirxan kişinin nəvəsidi. Fransada özünə şərab zavodu tikir. Azərbaycan xalqının pulunu yeyib borca salıb. Xalq da prezidentdən imdad diləyir. Rədd edin getsin bunları. Mənə deyirdilər ki sən düz demirsən. Niyə gəldi hamısı düz çıxdı. Mənim dediklərimdən də artıq. Fransada şərab zavodu, Bakıda neçə-neçə maşını, villası. Dünən də qaçmaq istəyirdi, aeraportdan qaytarıb gətirdilər. Hafiz Hacıyev nə deyir? Hafiz Hacıyev deyir ki, bu faktları, haqqsızlıqları görən xalq əlbəttə narazı qalacaq. Rüfətaslanlılar, əlihəsənovlar milyardları yeyir, dövlət də şəhidlərin 11 min manatını verə bilmir.  İmkan vermirlər ki, mənim əziz qardaşımın imzaladığı fərman icra olunsun. Bu sahədə hələ çox işlər görülməlidi. Bu gün rüşvəti alan Hacıbala qalıb kənarda, amma bir müəllim 50 manata uşaq hazırlaşdırır, bir həkim iynə vurub 100 mnat alır deyə onları rüşvətxor kimi həbs edirlər. Belə halar da xalq arasında ironiya ilə qarşılanır. Mən bunları deməklə gələcəkdə xalq arasındakı dedi qodunu aradan götürmək istəyirəm. Bu gün məmur var ki, deyir mən prezident olsaydım belə edərdim. Sən kimsən ki, prezident olasan. Prezidenti xalq seçir. Dörd dəfə prezidentliyə namizəd olmuşam. Mənə səs verməyiblər İlham Əliyevə səs veriblər. O qədər pulları çoxalıb ki deyirlər biz olmalıyıq prezident. Ona görə də ölkədə yaranmış vəziyyətə görə həmin məmurlar həbs edilməliydi.
2000 manat maaş alanlar bu qədər mal-mülkü haradan alırlar? Orda burda saxladıqları arvadlar, hərəsinin altında bahalı maşınlar, villalar 2000 manatla olmur. Mən bir maşın almışdım kreditini təzə qurtarmışam. Deməli bunlar Azərbaycan dövlətinin pulunu mənimsəyiblər.
Ziya Məmmədov xaricdən dəmir yolu üçün nəsə almışdı 500 milyona. Təzə çıxdı ki basıb yeyiblər. Eldar Mahmudov niyə həbs edilmir. Hüquq mühafizə orqanları Avropada məskunlaşmış siyasi blogerlərə gedən pulları niyə araşdırmırlar? Hakimiyyətin daxilində onlara pul verib dövlətə, birinci şəxsə xoşagəlməz sözlər işlətməsinə niyə yol verirlər. Niyə prezident seçkilərində mənim və əziz qardaşımın şəkilləri Fransada, Almaniyada, İngiltərədə xoşagəlməz yerlərə yapışdırılır. Kimlər idi onu edən? Mən o vaxtı demişdim, keçmiş baş nazirin müavini İsmət Abbasovun oğlu Yunus Abbasov. Londonda bizim şəkillərimizi yapışdıran, kley alan o idi. London məhkəmələri onları həbs edəcək onsuz da. Amma daldan atılan daş topuğa dəyər. Vaxtında tədbir görmək lazımdı. Yenə də hakimiyyətin içindəki məmurların 90%-i mənim əziz qardaşım İlham Əliyevə xəyanət edirlər. Faktlarla deyirəm. Xəyanət edən adamları niyə yanlarında saxlayırlar. Ona görə ki, bu onun adamıdı, onun dostudu, bu bundan qız alıb, bu onun arvadıyla, qızıyla yaxınlıq edir. Bunlar belə şərəfsizlərdi. Ona görə də ölkəni gətiriblər gədə güdənin əlində oyuncağa çeviriblər. Xaricdə oturub hərəsi bir internet televiziyası açıb Azərbaycanın əleyhinə danışanlara pas verirlər. Yenə də düşünürəm ki, apardığım mübarizə davam edəcək. Mən heç vaxt qardaşım İlham Əliyevi tək qoymayacam.
Mənə baş qaxınc ediblər ki, düşübsən ac yalavac küçələrə. "Moyka”larda üzünə maska geyinib axşam yeddidən sonra 50 manata maşın yuyursan deyirlər. Məmurlar deyirlər ki sən 20-30 ildi özünü öldürürsən. Sənə nə bundan? Bunların fikri prezidenti gözqıpıq saxlamaqdı, təkləməkdi. Belə bir fikir yaradırlar ki biz olmasaq sənin hakimiyyətini devirərlər. Onun ətrafındakı məmurların çoxu belə şərəfsizlərdən ibarətdi. Onlara sözüm odur ki özlərini yığışdırsınlar. Təzə ildə onlara qarşı daha aqressiv, daha mübariz olacam. Hansı məmur xaricdəkilərə yardım edir, çevriliş etmək istəyən məmurlar kimlərlə birləşirlər, Londonda kimlər kimlərlə görüşür, hansı hesablarla pul göndərirlər hamısı açıqlanacaq.
-Hafiz müəllim, siz iniki müxalifəti qəbul etmirsiniz. Özünüzdən başqa kimi normal müxalifət sayrsınız?
3-5 il bundan əvvəl deyəndə ki, Kərimov Əli satqının, avaranın biridi məni qınayırdılar. Amma indi mənə zəng edirlər ki, sən nə qədər uzaqgörənsən. Mən deyəndəki Həsənov Cəmil satqındı, hakimiyyətdən ayda 50 min dollar alıb xalqın başının altına yastıq qoyur ki, mən sənin müxalifətinəm. Bu gedib ermənilərlə iş görür. Bunların hamısı satqındı. İndi görürsünüzmü müəyyən qüvvələr birləşirlər, nəsə etmək istəyrlər. Onlara himayədarlıq edənlər kimlərdi? Bunların əqidə yoldaşları. Mən deyəndə ki, Qəmbərov İsa satqının biridi, Elçibəyə xəyanət edib məni az qala top atəşinə tuturdular. Amma indi hamısı sübut olunub. Onu kim xaricə müalicəyə kim göndərmişdi. Məni niyə göndərmirlər? İlham Əliyevə xidmət elədiyimə görə onun ətrafı məni sıxır. Mənə deyirlər ki, gəl bizə işlə, dediyimiz faktları de, prezidenti tənqid elə. Bunlar kimdi belə? Prezidenti kortejində gedib gələnlər. Xaricdə zavodları, villaları, pulları olanlar.
Bunlar necə müxalifətdi belə. Kərimov Əlinin arvadı Londonda parfümeriya mağazaları açıb. Prezident seçkilərində fakt verdim. Hüquq mühafizə orqanları niyə bununla maraqlanmadı? Və yaxud da Ziya Məmmədovu, o biri nazirləri, oliqarx idilər, dövlətin əmlakını dağıdıblar. Bəs bunların bu qədər imkanları hardandı? Onlar əldqayırma, süni şeylərdi. Mən onlarla bir hakimiyyətdə olmuşam. Onları çox gözəl tanıyıram. Mən təəssüf hssi keçirirəm ki, biri ana müxalifət, biri dədə müxalifət deyir.
Hacıyev Arifi aparıb Diaspora Komitəsinin yannda yeddinci mərtəbədə xüsusi liftlə çıxılan 4 otaqlı ev veriblər. Binədəqinin keçmiş başçısı Hüseyn müəllimə tapşırmışdılar onu. Ona aparıb bağ evi tikmişdilər. Bu müxalifti dinləndirən yuxarıda oturanlardı.
Nə olur hakimiyyətin üstünə atırlar. Şəhəri su basır Prezidentdən görürlər. Hacıbala hara baxır? Hacıbalanın dədəsini niyə qəbirdən çıxartmırlar? 
Məndən radikal müxalifət varmı? Xalqın dərdinə məndən çox yanan varmı? Mənim bir eybim var ki, qardaşımın yanında durmuşam, onu müdafiə edirəm. Amma onun ətrafı daima xəyanət edir və ermənilərdən də çox onlar zərbə vurublar.


 
- Ölkə prezidenti bu il xeyli rüşvətxor, korrupsioner məmuru vəzifədən çıxartdı, onları ifşa etdi. Bəs gələn il sizcə kimlər hədəfdə olacaq. Çünki çox zaman sizin adını hallandırdığınız adamlar çıxardılır.


 
-Hamısını mən bilirəm. Amma istəmirəm bayram qabağı onların isti aşına soyuq su töküm. Gəlin gözləyək. Amma əksəriyyəti gedəcək. Çox pis şəkildə gedəcəklər. Artıq mənim qardaşıma hər şey bəllidi. Bütün məlumatlar onun masasına gəlir. Kimin kim olduğunu əla bilir. Yalandan "cənab prezident”, "möhtərəm prezident” deməklə iş bitmir. Ona sədaqətlə xidmət etmək lazımdır. Xalqı prezidentdən narazı salanların hamısını bilirik. Hamısını da lazım olan yerə çatdırırıq. İmkan verməyəcəm ki, xəyanət etsinlər.
-Xaricə mühacir kimi gedənlər son zamanlar aktivləşiblər. "Söyüş müxalifəti” ağızlarına gələni danışır, insanları, dövləti təhqid edirlər. Bəziləri özlərini təmiz kimi göstərsələr də keçmişləri çox ləkəlidi. Məsələn, Vidadi İskəndərli. Özünü haqsızlığa qarşı mübariz insan kimi göstərsə də prokurorluqda işləyən zaman etdiyi qanunsuz əməllərindən hər kəs danışır. Ondan başqa Orduxan da, Aslan İsmayılov da var.
-Başlayaq Aslan İsmayılovdan. Onu məni təhqir etdiyinə görə 3 dəfə məhkəməyə vermişdim. Hamısında uduzdu. Bir il nə qədərsə iş aldı. 1600 manat da mənə pul ödəməsi barədə qərar çıxarılıb. Onu Kollegiyadan da qovdular. Sumqayıt hadisələrində də ermənilərə bəraət istəyib. Gürcüstanda o biri müxalifəti aparıb ermənilərlə görüşdürüb. Kərimov Əlinin müavinlərini niyə tutublar? Ermənilərlə iş birliyi qurub pul alanda çox məsələlər ortaya çıxdı. Aslan İsmayılov insanlardan yalandan vəkiləm deyib nə qədər pul alıb. Sabah onlar üzünə duracaqlar. Bu adamlarda mənəviyyat yoxdu. Olsaydı Sumqayıt hadisələrində ermənilərə bəraət istəməzdi. İndi gəlib özünü bu xalqa, millətə əzabkeş obrazında göstərir. Guya xalqın müdafiəçisidi. Bu keçməz.
 
Çox təəssüf hissi keçirirəm ki Vidadi İskəndərli atasının ruhundan bu qədər sui-istifadə edir. Adamın vicdanı olar. Bizim Göyçay rayon təşkilatımız mənə deyib ki, bunu özü edib. Olmayıb belə hadisə. Özü bunu şişirdib yayıb ki, Fransadan sığınacaq alsın. Bunu əldə bayraq tutub dövlət başçısının ünvanını bu qədər həqarətli sözlər deməyə dəyərmi? Bunu öyrədənlər var. Hakimiyyətin içindən buna cəsarət verənlər var. Niyə Prezidentin köməkçisi Əli Həsənovdan başqa onlara qarşı mübarizə aparan yoxdu. Niyə susub oturublar? Əkinə o biri tərəfə elə faktlar göndərirlər ki. Bu həmin Vidadi İskəndərli deyilmi ki, özünün əqidə dostu Qurban Məmmədova da şər atdı.
Vidadi tez-tez deyir ki, məndə videolar var. Hansı videolardı. Keçmiş MTN naziri Eldar Mahmudovun göndərdiyi videolardı? Sənin vicdanın yoxdumu insanların ailəsinə belə sözlər deyirsən? Axı sənin də ailən var.
Mən istəyirəm ki, gedim Fransada onunla haqq hesabı çürüdüm. Onunla görüşmək istəyirəm. Kişiliyi çatırsa əlaqəyə çıxsın mənimlə görüşək. Dədə-baba qaydasında da haqq hesabı çürüdə bilərəm. Mən bu hakimiyyətdəki satqınlardan, şərəfsizlərdən deyiləm ki, prezidentin çörəyini yeyim və ona xəyanət edim. Bizim bir əqidəmiz, bir üzümüz var. Onunla da axıra qədər gedəcəyik.
 
Üzümü Vidadi İskəndərliyə tutub deyirəm. Tez-tez namusuna and içirsən. Adam tez-tez namusuna and içməz. Başqalarının namusuna sataşmaz. Sən prokurorluqda işləyəndə nə qədər adamı incitmisən, aldatmısan. Sənin danışdığını erməni kanalları axşama qədər özlərində yayırlar. Mən ermənicə yaxşı bilirəm, baxıram onlara. Sən ermənistanlıların da ünvanına xoşagəlməz sözlər danışırsan. Sən ağlını hakimiyyətdəki satqınlara vermə. Fransaya gələcəm və sənin ağzını bir yolluq yumacam. Onda görəcəksən ki, kim kimdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top