Ermənistanın çöküşdən qurtulması üçün bir yolu var - POLİTOLOQ

SİYASƏT 27 dek 2018, 09:21

“İlham Əliyev bildirdi ki, Ermənistan düşdüyü diplomatik, siyasi, iqtisadi və qlobal çöküşdən qurtulmaq istəyirsə, yeni hakimiyyət Azərbaycana güzəştə getməlidir. Bununla bağlı Ermənistan ciddi düşünməlidir”.

 

Demokrat.Az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıqov deyib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya 24” kanalına verdiyi geniş müsahibə haqqında danışan politoloq bildirib ki, iki qonşu ölkə arasındakı münasibətlər həmişə strateji xarakter daşıyıb:

 

“2018-ci ildə Rusiya və Azərbaycanın dövlət başçıları arasında 6 görüş olub. Bir sıra razılaşmalar əldə olunub. Birlikdə imza atılan layihələr həyata keçirilmək üzrədir. İqtisadi, humanitar, siyasi münasibətlərimiz yeni səviyyəyə qalxıb. Bu da özlüyündə onu göstərir ki, strateji partnyorluq münasibətləri inkişaf edib. Dövlət başçımız müsahibəsində onu da qeyd etdi ki, münasibətlərimiz tarixi köklərə əsaslanır.

 

Uzun əsrlər ərzində davam edən diplomatik ünsiyyət, xalqlar arasında əlaqələr həm də dövlətləri birləşdirən məqamlardır. Dövlət başçımız müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə xüsusi toxundu. Bildirdi ki, Ermənistan düşdüyü diplomatik, siyasi, iqtisadi və qlobal çöküşdən qurtulmaq istəyirsə, yeni hakimiyyət Azərbaycana güzəştə getməlidir. Bununla bağlı Ermənistan düşünməlidir. Biz isə öz sülhməramlı missiyamızı yerinə yetirməyə hazırıq. Lakin heç vaxt işğal olunmuş torpaqlarımızın taleyi ilə razılaşa bilmərik.

 

Təbii ki, 2019-cu ildə də Rusiya ilə münasibətlərimiz daha yüksək səviyyəyə qalxacaq və bu partnyorluq səviyyəsi hər zamankı kimi strateji xarakter daşıyacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top