Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi — Vəziyyəti ağırdır

HADİSƏ 25 dek 2018, 09:55

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib.

 

Demokrat.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" proqramına qonaq olarkən deyib. 

 

Aktrisa qeyd edib ki, məşhur aktyor özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır. Daha sonra canlı efirdə R. Əzizbəyli ilə əlaqə saxlanılıb. O, danışmaqda çətinlik çəkib: "Yaxşıyam, klinikadaym. Qızımla danışa bilərsiz? Telefonu ona ötürürəm".

 

Qızı isə açıqlamasında aktyorun insultdan əziyyət çəkdiyini söyləyib: "Barmağında qanqren başlayıb. Damarlarında da tıxanma var. Xəstəxanaya gətirmişik". 

 

Xatırladaq ki, xalq artisti beyinin işemik insultu xəstəliyindən əziyyət çəkir. 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top