“Azadlıq” qəzetinin 29 yaşı tamam olur

HADİSƏ 24 dek 2018, 23:30
Bu gün "Azadlıq" qəzetinin ilk sayının çapının 24 ili tamam olur. "Azadlıq" qəzeti çağdaş Azərbaycanın demokratik mətbuatının pioneri olub.

"Azadlıq" öncə Azərbaycan Xalq Cəbhəsinin (AXC) mətbu orqanı olub. Sonra təsisçi qismində qəzetin kollektivi çıxış edib. İlk redaktoru AXC İdarə Heyətinin üzvü, mərhum Nəcəf Nəcəfov olub.

Qəzet vaxtaşırı təzyiqlərə məruz qalıb. 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildikdən sonra qəzetin buraxılışı müvəqqəti dayandırılıb.

Təəsüf ki, qəzet indi də təzyiq altındadırır. Onun iki əməkdaşı- Seynur Həzi və Ziya Əsədli həbsdədir. Redaktor Qənimət Zahid başda olmaqla əməkdaşların çoxu məcburi mühacirətdədir.

2016-cı ilin sentyabrından qəzetin fəaliyyəti dayandırılıb. 2017-ci ildən isə Azərbaycan ərazisində qəzetin online versiyasına giriş bloklanıb.

"Azadlıq" qəzeti müasir Azərbaycanın azadlıq tarixidir. İki ildən çoxdur qəzetin çapı dayanıb. Kollektiv pərən-pərən düşüb, kimi yaxında, kimi uzaqda. Artıq iki ildən çoxdur ki, bu qəzetə dərdini, ağrısını, problemini danışan yoxdur, oxucu şikayəti yoxdur", - qəzetin redaktoru Rövşən Hacəbəyli bildirib.

Bununla belə, o, qəzetin və ölkənin gələcəyinə nikbin baxır.

"Həmişə ümidlə yaşamışıq, yenə də ümidliyik ki, həmin günlər qayıdacaq, qəzetin əhatə dairəsi genişlənəcək, yeni kollektiv formalaşacaq"- R.Hacıbəyli vurğulayıb.(Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top