Bu gün prezident İlham Əliyevin doğum günüdür – Dövlət başçısının 57 yaşı tamam olur

HADİSƏ 24 dek 2018, 08:49
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür, dövlət başçısının 57 yaşı tamam olur.

Demokrat.Az xəbər verir ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top