38 milyonluq futbolçu “İnter”dən kənarlaşdırıldı

İDMAN 23 dek 2018, 23:32

“İnter” bu mövsümün əvvəlində “Roma”dan transfer etdiyi Raca Naynqolanı müvəqqəti olaraq əsas komandadan kənarlaşdırıb.

Demokrat.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, belçikalı futbolçu intizamsızlığına görə əvəzedici heyətə göndərilib.

Qeyd edək ki, “İnter”in 38 milyon avroya aldığı 30 yaşlı yarımmüdafiəçi Milan təmsilçisində ümumilikdə 15 oyun keçirib və 3 qol vurub.(Qol.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top