Daha bir jurnalist Baş Prokurorluğa çağırıldı

HADİSƏ 18 dek 2018, 12:40
Bu gün tanınmış jurnalist, "Demokrat.Az" xəbər portalının baş redaktoru Vasif Həsənli Respublika Baş Prokurorluğuna çağırılıb.

Bu barədə jurnalistə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov telefonla zəng edərək məlumat verib.

Telefon danışığı zamanı Eldar Sultanov Vasif Həsənliyə dekabrın 18-də saat 17:00-da Baş Prokurorluğun binasında olmağı xahiş edib.

O, jurnalistin hansı səbəbə görə prokurorluğa çağırılması barədə heç bir məlumat verməyib.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top