Prezident 2 rayonun icra başçısını işdən çıxardı - SƏRƏNCAM - FOTOLAR

HADİSƏ 21 dek 2018, 16:30
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Demokrat.Az xəbər verir ki, Sərəncama əsasən Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, G.İslamov 1948-ci ilin dekabrın 19-da Bakı şəhərində anadan olub. 1995-ci ilin yanvarın 25-də Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şükür Babayevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top