"Azərbaycan Dəmir Yolları" Binədəki faciədən dərs çıxarmayıb - Qatar hərəkət edir, şlaqbaum yenə açıq qalır (VİDEO)

HADİSƏ 21 dek 2018, 00:09
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu il oktyabrın 1-də Xəzər rayonunun Binə qəsəbəsi ərazisində 160 saylı avtobusla qatarın toqquşması hadisəsindən hələ də dərs çıxarmayıb.

Demokrat.Az-ın əldə etdiyi bu görüntülər ötən gün Binədəki həmin dəmiryolu keçidində çəkilib.
 
Görünütlərdən də aydın olur ki, qatar hərəkət edən zaman dəmiryolu keçidinin yanlarındakı şlaqbaum açıq dayanıb. Bu isə növbəti faciəyə yol aça bilər.

Bu məsələdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti nə qədər məsuliyyəti öz üzərindən atmağa çalışsa da, ancaq videodan da aşkar görünür ki, dəmiryolu keçidinin əməkdaşları heç də təhlükəsizlik qaydalarına əməl etmirlər. Əksinə, onların gözü qarşısında qorunan keçiddə elektrovozun hərəkəti zamanı şlaqbaum açıq saxlanılır.
 
Related image

Xatırladaq ki, bu ilin oktyabrında Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub.

Nəticədə 34 nəfər xəsarət alıb, iki nəfər ölüb.
 

 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top