Reynaldo “Qarabağ”da nə qədər qazanacaq?

İDMAN 20 dek 2018, 23:15
"Qarabağ" braziliyalı Reynaldo dos Santos Silva ilə yeni müqavilə bağlayıb.
 
 
Demokrat.Az bildirir ki, oxu.az həmin futbolçunun Azərbaycanda alacağı maaşın məbləğini öyrənməyə çalışıb.
 
 
Futbolçu 2013-2016-cı illərdə Ağdam klubunda oynadığı dövrdən daha az maaş alacaq.
 
 
Belə ki, klub 2,5 illik müqavilə bağladığı Reynaldoya ilinə 150 min dollar pul ödəyəcək. Braziliyalı oyunçu Qazaxıstanın "Aktobe" klubunda bundan daha az - 130 min dollar qazanırmış.
 
 
Qeyd edək ki, Reynaldo "Qarabağ"dan 2016-cı ilin sonunda ayrılanda bu kluba 250-300 min dollar pul qazandırıb.
 
 
Belə ki, 2016/2017 mövsümündə Türkiyə Super Liqasında çıxış edən "Adanaspor" futbolçunun keçidi üçün Ağdam təmsilçisinə bu qədər pul verib.
 
 
Demokrat.Az
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top