Binəqədi qəsəbəsində bir gündür ki, elektrik enerjisi yoxdur - Sakinlərdən ŞİKAYƏT

SOSİAL 20 dek 2018, 18:57
Paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ötən gecədən bəri elektrik enerjisi yoxdur.

Bu barədə Demokrat.Az-a Binəqədi qəsəbəsinin sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, Binəqədi qəsəbəsi, "Birinci mədən" adlanan ərazidə ötən gündən bəri elektrik enerjisinin verilişi kəsilib.

Sakinlər "Azərişıq" ASC-nin "qaynar xətt"inə zəng etsə də, ancaq problem hələ də həllini tapmayıb.
 
Image result for azərişıq asc

Sakinlər deyir ki, "Azərişıq" ASC-nin Biləcəridə yerləşən İdarəsi və "199" saylı "qaynar xətt"in əməkdaşları onlara elektrik enerjisinin nə zaman bərpa olunacağı barədə dəqiq məlumat vermirlər.
 
"Yalnız bizə onu bildirdilər ki, elektrik enerjisinin kəsilişi yağan yağışlarla əlaqəlidir. Hətta, "199" saylı "qaynar xətt"in əməkdaşları bizimlə telefon danışığı zamanı suallarımıza çox kobud şəkildə cavab verərək telefonu kəsdilər. Bilmirik ki, kimə şikayət edək", - deyə qəsəbə sakinləri bildirir.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top