“Azərişıq”dan borclu abonentlərə XƏBƏRDARLIQ

SOSİAL 20 dek 2018, 14:22

“Azərişıq” ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 25-də saat 12:00-dan etibarən, müvafiq qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılır.

 

ASC-nin mətbuat xidmətindən Demokrat.Az-a bildirilib ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

 

ASC-dən bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamaması üçün istifadə olunmuş elektrik enerjisi haqları dərhal ödənilməlidir. 

 

Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız “Azərişıq” ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top