Həbibin Makqreqorla revanş döyüşünün şərti açıqlanıb

İDMAN 20 dek 2018, 10:23

UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı Konor Makqreqora qarşı revanş döyüşünün şərtlərini açıqlayıb.

 

İnterAz xəbər verir ki, A. Nurməhəmmədov döyüşün yalnız yüksək mükafat fondunun olacağı təqdirdə keçirilə biləcəyini bildirib. 

 

O qeyd edib ki, mükafat fondu minimum 30 milyon dollar olmalıdır. 

 

“Buyurun, 30 milyon və sizinlə döyüşəcəyik. Bu, Makqreqora təklifdir. Onunla revanş üçün 15 milyon təklif edirdilər. Nəyə lazımdır? Otuz, uşaqlar, otuz”, - deyə A. Nurməhəmmədov vurğulayıb.

 

Qeyd edək ki, H. Nurməhəmmədov 2018-ci ilin 6 oktyabr tarixində K. Makqreqoru döyüşün dördüncü raundunda məğlub edib. 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top