Xaricdə oxuyan 700-dən çox tələbənin diplomu tanınmayıb

HADİSƏ 19 dek 2018, 18:28
2018-ci ildə xarici ali təhsil müəssisələrində təhsil alanların diplomlarının tanınması ilə bağlı 3570 müraciət qəbul olunub.

Demokrat.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhsil nazirinin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, bu rəqəm ötən illərin dinamikası ilə eynidir.

“Bütün səbəblər göstərilməklə, akkreditasiyası olmayan universitetdən tutmuş, sərhəd məlumatları olmayan və ya ümumiyyətlə mənfi rəy alanların nisbəti 20 faizdir (təxminən 714 diplom -red). Şəxslərin böyük əksəriyyəti (80 faiz) problemsiz sənədlərin tanıdılmasına nail olub. Azərbaycanlıların ən çox təhsil aldığı ölkə Türkiyə universitetləridir. Türkiyədə keyfiyyətin təminatı sistemi və tələblər var. Türkiyədə təhsil alanlar içərisində imtina alan yoxdur. Rusiyada təhsil alan vətəndaşlarımızın da sayı çoxdur. Rusiyanın aparıcı universitetlərində oxuyanlar arasında mənfi rəy alanlar isə yoxdur”. 

H.Həsənli diplomların nostrifikasiyası prosesinin uzun çəkməsinin bir çox məsələlərlə əlaqədar olduğunu deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi sorğulara vaxtında cavab verilməməsi ilə bağlıdır.
 
“Bu isə tərəflərin öhdəliyindən asılı olan məsəədir. Biz sentyabr ayından etibarən sorğuların sayını minimuma endirməyə çalışmışıq. Sorğulara cavab verilməyən köhnə məsələlərdə isə çalışmışıq ki, prosesuduru digər qayda da həyata keçirək. Cari ilin sonu və ya gələn ilin yanvar-fevral aylarında bu sahədə əsaslı dönüş olacaq. Biz vətəndaşlardan istdəyimiz məlumatları sənədlərə əlavə etmişik və artıq buna görə əlavə sorğular yaranmır. Diplomların tanınmasının gecikməsinin digər səbəbi də müvafiq təşkilatlarla işləməmələridir. Müraciətlərin sərhəd məlumatlatını yoxlamağa çalışırıq.

Müraciətə baxırıq ki, diplom həqiqidir, ali təhsil müəssəsini bitirməsi ilə bağlı insana arayış verilib, qiymətləri əladır. Lakin pasporta baxırıq ki, insan ölkədən heç vaxt çıxmayıb. Bu sahənin elektronlaşması istiqamətində böyük iş görmüşük. Məlumatların elektron ötürülməsinə çalışırıq və prosesin müddətinin 50 faiz aşağı salınmasına səbəb olacaq. Gecikmənin bir səbəbi də müsahibələrin tələb olunması zamanı olur. Çünki bunun üçün vaxt təyin olunmalıdır. Bu isə bir çox hallarda asan olmur. Müraciətlərin əksəriyyəti təhsilini bitirib gəlib əsgərliyə gedənlərlə bağlıdır. Onların müsahibələrə gəlməsi də vaxt alır.
 
Müsahibə etmək məqsədimiz onun dil biliklərini yoxlamaq və yaxud terminləri soruşmaq deyil. Məqsədimiz odur ki, əgər təhsil aldığı universitetin olduğu ölkənin dilini bilmirsə, onun faktiki olaraq ixtisas biliklərinə yiyələnməsi mümkün deyil. Müsahibələr həmin dildə ünsiyyət qurmaq bacarıqları üzrədir. Hər bir şəxsi ixtisaslarına uyğun yoxlamaq üçün kifayət qədər resurs yoxdur. Gələcəkdə bəlkə də məqsədə müvafiq olar. Limit olaraq ən yaxşıları müəyyən etmək bizim işimiz deyil. Bunu bazar, işə götürənlər müəyyən etməlidir”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top