"Türkiyədə yaşayan azərbaycanlılar müvəqqəti qeydiyyat və orta ümumtəhsil məktəbləri ilə bağlı çətinliklərlə üzləşib" - Bilal Dündar

SOSİAL 19 dek 2018, 15:59
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin nümayəndələri Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüblər.

Demokrat.Az xəbər verir ki, görüşdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin sədri Bilal Dündar da iştirak edib.

O bildirib ki, görüşdə Türkiyədə yaşayan soydaşlarımızın sosial məsələləri ilə bağlı müzakirələr aparılıb:

"Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar federasiyaya müvəqqəti qeydiyyata düşmələri və uşaqlarını orta ümumtəhsil məktəblərində oxutmaları ilə bağlı müəyyən çətinliklə üzləşiblər. Soydaşlarımızın böyük əksəriyyəti uzun müddətdir Türkiyədə yaşayır və müxtəlif sektorlarda çalışırlar".
 
Şamil Ayrım isə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin fəaliyyətini yaxından izlədiyini bildirib.

O, federasiyanın iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etməsində fəaliyyətini təqdir edib.

Dostluq qrupunun sədri Türkiyədəki soydaşlarımızın üzləşdikləri problemlərin aradan qaldırılması üçün çalışacağını deyib. Deputat qeyd edib ki, bundan sonra federasiya ilə sıx əməkdaşlıq şəraitində çalışacaqlar.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top