Təhsil naziri daha bir müdiri işdən çıxardı

SOSİAL 18 dek 2018, 23:24

İmişli Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində kadr dəyişikliyi baş verib.

 

Demokrat.Az-ın "Report”a istinadən məlumatına görə, şöbə müdiri vəzifəsində işləyən Əmirov Ramiz Cahangir oğlu təhsil nazirinin əmri ilə təqaüdə göndərilib.

 

Müvafiq əmrlə bundan əvvəl Təhsil şöbəsinin müdir müavini vəzifəsində çalışan Şükür Rəhimov müvəqqəti olaraq onun vəzifələrini icra edəcək.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top