Xırdalanda atışmaya görə həbs edilən şəxslərə hökm oxundu — 81 İL

KRİMİNAL 18 dek 2018, 21:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, X. Paşayev 19 il, K. Həsənov 18 il, B. Bayramov 18 il, A. Ruszpeykar 13 il, M. Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il Xırdalan şəhəri, 28-ci məhəllədə - bazarın yaxınlığında baş verib.


İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Digər şəxs - Qəbələ rayon sakini, 1985-ci il təvəllüdlü Paşayev Xəyal Oqtay oğluna odlu silahdan üç atəş açılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan X. Paşayev əməliyyat edilsə də, onun həyatını xilas etmək mümkün olub.

 

Sonra X. Paşayev, K. Həsənov, B. Bayramov, A. Ruszpeykar və M. Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top