Mourinyo "Mançester Yunayted"dən qovuldu

İDMAN 18 dek 2018, 14:25

"Mançester Yunayted" Joze Mourinyonu baş məşqçi vəzifəsindən uzaqlaşdırıb.


Demokrat.Az-ın məlumatına görə, klub, portuqaliyalı mütəxəssisə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb və yaxın vaxtlarda yeni baş məşqçinin adına aydınlıq gətiriləcəyini açıqlayıb.


Qeyd edək ki, Mourinyo "qırmızı şeytanlar"a 2016-cı ildən rəhbərlik edirdi. O, "Mançester Yunayted"də olduğu müddətdə komandaya İngiltərə Liqa Kubokunu və Super Kubokunu, Avropa Liqasını qazandırıb.

 

Bu mövsüm "Mançester Yunayted", Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksəlməyi bacarsa da, yerli çempionatda uğursuz çıxış etməkdədir. Belə ki, İngiltərə derbisində əzəli rəqibi "Liverpul"a 1:3 hesabı ilə uduzan komanda, hazırda Premyer Liqada 26 xalla 6-cıdır. 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top