Ermənistan atəşkəs rejiminə əməl etmir

SİYASƏT 18 dek 2018, 09:51

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

 

Bu haqda Demokrat.Az-a Müdafiə Nazirliyindən bildirilib.


Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Baş Qərvənd, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top