Avropa İttifaqı Rusiyada “demokratiya”ya 6 MİLYON AYIRDI

DÜNYA 17 dek 2018, 20:38

Avropa İttifaqı (Aİ) Rusiyada vətəndaş cəmiyyətini, eləcə də demokratiyanı müdafiə edən fəalları dəstəkləmək üçün təqribən 6 milyon avro pul ayıracaq.

Demokrat.Az “Russia Today”-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının demokratiyaya dəstəklə bağlı yeni layihəsində deyilir.

Sənəddə qeyd olunur ki, qrant formasında müsabiqə yolu ilə veriləcək pullar Rusiyada demokratiyanın inkişafı, sərbəst toplaşma və internetdə ifadə azadlığı, vətəndaş cəmiyyəti institutlarının mövqeyinin güclənməsi kimi sahələri əhatə edəcək.

Avrokomissiyanın sənədinə əsasən, qrantın 1,5 milyon avro dəyərində ilk hissəsi yerli səviyyədə Rusiyada qeyri-hökumət təşkilatlarının potensialının güclənməsinə sərf ediləcək.

Qrantın qalan hissəsi isə Rusiya kütləvi informasiya vasitələrinin daha azad və müstəqil fəaliyyətinə, eləcə də, sərbəst toplaşmaq azadlığının gücləndirilməsinə istiqamətlənəcək. Bu məqsədlə, qrant alanlar alternativ dialoq və debatlar təşkil etməli, həmçinin, daha geniş auditoriya, xüsusən də gənclərlə işləməlidir.

Lakin Moskvada hesab edirlər ki, Aİ və bütövlükdə Qərb bu cür layihələri maliyyələşdirməklə Rusiyada müxtəlif destruktiv təşkilatların fəaliyyətini dəstəkləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top