“Desəm ki, “Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm…” - Qurban Qurbanov

İDMAN 17 dek 2018, 19:27
"Avropa klublarından ciddi bir təklifim yoxdur, olmayıb da. Açığı, bu barədə düşünmürəm”.

Demokrat.Az "Report”a istinadən xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasını Avropada davam etdirmək ehtimalına münasibət bildirərkən deyib.

46 yaşlı mütəxəssis hazırda karyerasını Azərbaycanda davam etdirməyi üstün tutduğunu söyləyib:

"Bir azərbaycanlı kimi Azərbaycan futboluna xidmət etməyi çox istərdim. Bu gün buna, yerli məşqçilərin öz futboçularımızla işləməsinə daha çox ehtiyac var. Hər şeyə real baxmaq lazımdır. Desəm ki, "Qarabağ”ı atıb xaricdə işləmək istəyirəm - bu düzgün olmaz. Bu kluba hörmətsizlik etmək istəmirəm. "Qarabağ”da 11-ci ildir işləyirəm və həmişə sadiq olmağa çalışmışam. Ayrıldıqda da sadiq biri kimi bunu etmək istəyirəm”.

Qeyd edək ki, Q.Qurbanov bir müddət əvvəl paralel olaraq çalışdığı Azərbaycan millisinin baş məşqçisi postunu tərk edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top