Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı (FOTO)

HADİSƏ 16 dek 2018, 22:42

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərləinin  oğurlanmış velosipedi tapılıb. 

 

Demokrat.Az xəbər verir ki, ötən ay noyabrın 25-də Bibiheybətdəki Jurnalistlər binasında naməlum şəxslər  Müşfiq Ələsgərlinin binanın dəhlizindəki bahalı velosipedini qaçıranda, o, saytımıza hadisə ilə bağlı ətraflı məlumat vermişdi. Hadisəni törədənlərin tezliklə tapılacağına ümid edirdi. 

 

JuHİ sədri məslə ilə bağlı Səbail rayonu 8-ci Polis bölməsinə şikayət etdikdən sonra hadisə ilə bağlı araşdıma başlanmışdı.

Image result for Müşfiq Ələsgərlinin oğurlanmış velosipedi tapıldı

Moderator.az-ın məlumatına görə, M.Ələsgərli oğruların artıq tapıldığını velosipedinin isə sağ-salamat özünə qaytarıldığını bildirib:

 

“DİN-in 102 xidmətindən və 8-ci Polis bölməsindən verilən operativ reaksiyaya əsaslanıb həmən gün yazmışdım ki, polisə güvənirəm, oğrunun tapılacağına, velosipedimin qaytarılacağına inanıram. Daxili İşlər Nazirliyinə, o cümlədən, Nazirliyin media üzrə əlaqələndiricisi Orxan Mənsurzadəyə, Səbail RPİ-dən İslam müəllimə, 8-ci Bölmədən Əfqan müəllimə diqqət göstərdiklərinə görə təşəkkür edirəm”.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top