Şərəfsizlik lövhəsinə gətirən səhv addım - Anar Həsənov YAZIR

MARAQLI 15 dek 2018, 22:30
Yaxud Kütləvi Komunikasiya Vasitələri qarşısındakı aciz qadın...
 

Rus xalqının bir deyimi var: “посягнуть на святое”. Elə bizim dildə də tez tez işlədilən fikir var – “qırmızı xətti keçmək”. Elm və yaradıcılıqla məşğul olan fərdlər ictimaiyyətin fikrini nəzərə almayaraq, bu xətti keçməyə meyllidir. Amma hər şey də qarşılıqlıdır. Həyat tərzi və yaratdıqları ilə icitmai fikrə biganə olanlara cəmiyyət də bir hasar çəkir. Öz dünyası olanlar o dünyanı özləri ilk növbədə izolə edir.

Elə tiplər  də var, onlar islahat yolu tutur. Belələri öz missiyalarını, daha dəqiq desək, ictimai fikri dəyişmək naminə bəyənmədiyi cəmiyyətlə barışır, ona münasibətdə dözümlülük nümayiş etdirir. Tiplər də var ki, əsas məqsədləri ictimai fikri təxribata sürkükləməkdir. Bu “yol” onlar üçün mövcud olmalarında bir stimuludur. Onların fikrincə ictimaiyyətin hiddətinə səbəb olmaq, şəxsiyyətlərinə olan diqqətsizlikdən daha yaxşıdır.

Milli qəhrəmanımız Mübariz İbrahimovun qəhrəmanlığına şübhə edən və öz zəhərli fikrini sosial şəbəkədə ifraz edən qadın bu tipin bariz nümunəsidir. Nədənsə bu qadının çıxışı mənə şöhrət axtarışında yanmış Əkrəm Əylislini xatırlatdı. Bu tip insanlar cəmiyyətdə KİV in texnoloji tərəqqi dövründə lap çoxdur. Onlar azad sözdən məsuliyyət daşımadan istifadə edənlərdir. Özlərini qabaqcıl cəmiyyətlərə şamil edən belə tiplər əslində xrestomatik biliklərini nümayiş etdirməkçün girəvə gəzənlərdir. Unudurlar ki, libertarian nəzəriyyənin zərbəsini alan qabaqcıl cəmiyyətlər özləri artıq cəmiyyətlərində sosial məsuliyyət nəzəriyyəsini tətbiq edirlər. 

Bu qadın onu da unudub ki, KİV ictimai komunikasiyadır və fərd onun qarşısında acizdir. “İnformasiyaya kim sahibdirsə, o da dünyaya sahibdir” fikri də bu məntiqdən irəli gəlir. KİV qarşısında aciz olan qadın gündəmə gəlməkçün qınağa səbəb olacaq çıxışı edərkən, görünür ki, başını ac pələngin ağzına soxduğunun fərqində deyildi. İndi bir müddət o qadın şərəfsizlik lövhəsindən asılı qalacaq, bəlkə də ömrünün sonuna qədər bu addımı onu izləyəcək, bir növ Əkrəm Əylisli kimi.

Tanınmış telejurnalist Anar Həsənov

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top