Qarabağa qanunsuz turist aparan Böyük Britaniya şirkəti Bakıya da turist səfərləri təklif edir — FOTOLAR

HADİSƏ 15 dek 2018, 17:29
Böyük Britaniyaya məxsus olan "Lupine Travel" turizm şirkəti Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz turist səfərləri təşkil edir.

"Ölkə.Az"-ın apardığı internet araşdırması zamanı məlum olub ki, sözügedən şirkət indiyədək bir neçə dəfə Dağlıq Qarabağın Xankəndi və digər bölgələrinə turistlərin qanunsuz səfərlərini təşkil edərək, bunu gizlətməkdən belə çəkinməyib. 

Hazırda "Lupine Travel" şirkətinin "www.lupinetravel.co.uk" adlanan rəsmi internet səhifəsində bunu təsdiq edən foto və materiallar yerləşdirilib. Hətta, Böyük Britaniya şirkəti 2019-cu il üçün də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz turist turlarının təşkili ilə bağlı elan verib. 

Eyni zamanda "Lupine Travel" turizm şirkəti 2019-cu ilin 23 iyul-11 avqust tarixlərində paytaxt Bakı və Azərbaycanın digər rayonlarına da turist səfərləri təşkil etməyi planlaşdırır. Bu barədə şirkətin saytında yerləşdirilən elanda qeyd olunur ki, sözügedən turun qiyməti 2950 funt (6366 manat) təşkil edir. Bu qiymətə isə gediş-dönüş avia biletləri, 3 ulduzlu otel, bələdçi və sairə xidmətlər daxildir. 

Məsələ ilə bağlı araşdırmalarımız davam edəcək. 

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top