Azərbaycan bu il 27 milyon tondan neft ixrac edib

İQTİSADİYYAT 15 dek 2018, 14:59
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 27 milyon 143 min 456 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.

Demokrat.Az xəbər verir ki, ötən 11 ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 14 milyard 621 milyon 241 min ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycandan 24 milyon 723 min 729 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 9 milyard 637 milyon 331 min dollar təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top