ABŞ-da göydən dollar “yağdı” - VİDEO

MARAQLI 15 dek 2018, 12:03
ABŞ-ın Nyu-Cersi şəhərində sürücülər gözlənilmədən “dollar yağışına” düşüb.

Demokrat.Az “Ren” TV-yə istinadən xəbər verir ki, hadisənin həvəskar görüntüsündə avtomobil yoluna dollar əskinaslarının səpələndiyini görmək olur.

Buna səbəb inkassatorların səhlənkarlığı olub. Avtomobilin arxa qapısını yaxşı bağlamadıqlarına görə 20 min dollara yaxın nağd pul havaya sovrulub.

Bəzi sürücülər avtomobildən düşərək, asfalt üzərində olan pulları yığmağa başlayıb. Çox keçmədən yoldan keçənlər də onlara qoşulub.

Polislər gələnə qədər yol üzərindən iri nominallı əskinaslar yoxa çıxıb.(kommersant.az)
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top