Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9 faizə yaxın azalıb – RƏSMİ

İQTİSADİYYAT 14 dek 2018, 14:30

2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 899,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% az vəsait yönəldilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sərf edilmiş vəsaitin 69,9%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,2%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 22,6% artıb. Ümumi sərmayənin 68,4%-i məhsul istehsalı sahələrinin, 23,5%-i xidmət sahələrinin, 8,1%-i isə ümumi sahəsi 1 844,3 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,1%-ini əhatə edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4%, bank kreditləri 12,6%, büdcə vəsaitləri 27,2%, əhalinin şəxsi vəsaitləri 7,1%, büdcədənkənar fondların vəsaitləri 2%, sair vəsaitlər isə 0,7% təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top