"Maşın şou" başladı — İştirakçıların adları... (FOTOLAR)

ŞOU-BİZNES 13 dek 2018, 23:26

"M Group Production”ın təşkilatçılığı ilə "Maşın şou”nun 17-ci sürəti start götürüb.

 

ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edirlər.

 

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Hind kinosu" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq. 

 

Yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:

 

Əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, meyxanaçı Oktay Kamil, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov.

 

axsam.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top