Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək

DÜNYA 13 dek 2018, 15:32

 Avropa İttifaqının Brüssel zirvə görüşünün iştirakçı ölkələri Ukraynanın Azov dənizindəki hadisə nəticəsində zərər çəkən bölgələrinə yardım təklifi irəli sürəcək, lakin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə razılıq verməyəcək.

 

“Report” “Euractiv”ə istinadən xəbər verir ki, sammitin nəticələrinə dair layihəyə əsasən, üzv dövlətlər arasındakı fikir ayrılıqları üzündən Rusiyaya qarşı yeni sanksiyalar məsələsinə yer ayrılmayıb.

 

Belə ki, bəzi ölkələr tərəfindən yeni sanksiyalara çağırışa baxmayaraq, bu barədə razılığa nail olunmadığından mövcud sanksiyaları davam etdirməyə üstünlük veriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top