Hədəf Liseyi robot texnikası üzrə dünya nəhəngi ilə müqavilə imzalayıb – FOTOLAR

MARAQLI 13 dek 2018, 13:30

Hədəf Liseyi STEM, robototexnika və kodlaşdırma tədrisi üçün məhsullar istehsal edən tanınmış “Makeblock” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Demokrat.Az bildirir ki, dünyanın 140 ölkəsində 20,000-dən artıq məktəb STEM və kodlaşdırma təhsili üçün “Makeblock” şirkətinin Airblock, mBot, mBlock, Maker kitləri, Ultimate, Neuron kiti, Codey Rocky, mBot Ranger və digər məhsullarından istifadə edir. 2017-ci ildə dünya üzərə 4.5 milyon insanın proqram təminatı və məhsullarından istifadə etdiyi şirkətin satış həcmi, 70%-i ixrac olmaqla, 30 000 000 ABŞ dolları olmuşdur. Şirkət hər il “MakeX” adlı robototexnika yarışına da ev sahibliyi edir.

Avropa, Amerika, Yaponiya və Honq Konqda şöbələri olan şirkətin məhsullarından istifadə edən məktəb sayı təkcə Fransada 6000-dən çoxdur.

Ölkəmizin STEM mərkəzli təhsil verən ilk məktəbi olan Hədəf Liseyi, “Makeblock” şirkətinin Azərbaycan üzrə ekskluziv nümayəndəsi olaraq mühəndislik tədrisində “Makeblock” məhsullarından istifadə etməklə yanaşı, şirkətlə əlaqədar mövzularda birlikdə seminarlar, təlimlər, olimpiadalar keçirmək və ortaq kurrikulum hazırlamağı nəzərdə tutan müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top