Elmar Vəliyevin oğlu “Kəpəz”in avtobusunu əlindən aldı — FOTO

HADİSƏ 12 dek 2018, 20:03

“Kəpəz”in istifadə etdiyi avtobus klubdan alınıb.

Bir müddət əvvəl Elmar Vəliyev işdən azad olunub. Daha sonra isə oğlu Elmir Vəliyev “Kəpəz”in Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb. Klubla əlaqəsi kəsilən Vəliyevlər ailəsi bir neçə gün əvvəl avtobusun təhvil verilməsini tələb etmişdi. Məlumata görə, həmin avtobus Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin ailəsinə məxsusdu.

Qeyd edək ki, “Kəpəz” faktiki rəhbərsiz qalıb. Elmir Vəliyevdən sonra icraçı direktoru Elnur Camalxanov da postundan ayrılıb. Hazırda klubun rəisi vəzifəsini utan Ruslan Nağıyev isə yalnız kağız üzərində səlahiyyətlərini icra edir. (moderator24.com)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top