“Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq” - Əli Həsənov

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov mərhum prezident Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı məqalə yazıb.
 
Demokrat.Az həmin məqaləni təqdim edir:

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür. Zaman bizi o ağır gündən sürətlə uzaqlaşdırsa da, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri yaddaşlara dərindən hopmuş, hər bir azərbaycanlının qəlbində silinməz iz qoyaraq tariximizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyevin həyat yolunun möhtəşəm salnaməsini vərəqləyərkən göz qarşısında Azərbaycan tarixinin çətin və şərəfli bir dövrünün dolğun mənzərəsi canlanır. Xalqımızın yetişdirdiyi bu dahi şəxsiyyətin bütün fəaliyyətinin Azərbaycanın inkişaf yolu ilə sıx vəhdət təşkil etdiyini bir daha aydın şəkildə görürük.

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanmışdır. Нeydər Əliyev ilk günlərdən respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyin əsaslı surətdə yaxşılaşdırılması, dövlət və əmək intizamının möhkəmləndirilməsi, kadrların məsuliyyətinin artırılması və korrupsiyaya qarşı mübarizənin yeni xəttini müəyyən etmişdir. Bu xətt sonrakı dövrdə daha da təkmilləşdirilmiş, respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına mənfi təsir göstərən meyillərin qarşısının alınması, sağlam mənəvi-psixoloji mühitin bərqərar olunması uğrunda fəaliyyət proqramına çevrilmişdir. Onun bilavasitə rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin səmərəliliyi bərpa edilmiş, yeni istehsal sahələrinin əsası qoyulmuşdur. Bu dövrdə neft-kimya, maşınqayırma, energetika, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başlamış, 400-ə yaxın yeni sənaye obyekti yaradılmışdır. 1969-cu ildə sənaye müəssisələrinin sayı 735-ə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatmışdı.

Heydər Əliyev kənd təsərrüfatı istehsalının intensivləşdirilməsi, bu sahənin daha da ixtisaslaşdırılması, üzümçülük və şərabçılığın inkişaf etdirilməsi, emal müəssisələrinin, irriqasiya və meliorasiya obyektlərinin tikilməsini təmin edərək, o dövrdə aqrar sektorda məhsul istehsalını 2 dəfədən çox artırmağa nail olmuşdur. Beləliklə, ölkənin sosial-iqtisadi həyatında sürətli tərəqqi baş vermiş, Azərbaycan geridə qalmış aqrar respublikadan özünü təmin edən, qabaqcıl aqrar-sənaye respublikasına və mərkəzi büdcənin donoruna çevrilmiş, SSRİ miqyasında ilk üçlüyə yüksəlmişdir. Həmin illərdə respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. O dövrdə yaradılmış iqtisadi potensial müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının yenidən qurulması üçün baza rolunu oynadı.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə (1969–82-ci illər) elm, təhsil və mədəniyyətin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq məfkurəsinin zənginləşməsinə güclü təsir göstərmiş və gələcəkdə müstəqil dövlətçiliyin bərpası üçün əsaslı zəmin hazırlamışdır.

Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda və keçmiş SSRİ-nin paytaxtı Moskvada Azərbaycanın tanınmış ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmışdır. Həmin illərdə respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirilmiş, SSRİ-nin 170 qabaqcıl ali məktəbinə 3500 azərbaycanlı gənc göndərilmişdir. Heydər Əliyev azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə, respublikada hərbi təhsilin inkişafına xüsusi diqqət ayırmışdır. O dövrdə hazırlanmış yüksək ixtisaslı kadrlar sonralar müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi və təhlükəsizliyinə öz töhfələrini vermişlər.

Heydər Əliyev Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olmuşdur. O, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi və mədəni inkişafına daim diqqət göstərmişdir. Heydər Əliyevin məsələlərə kompleks və həssaslıqla yanaşması, habelə çevik idarəçiliyi sayəsində respublikada sosial və milli-dini zəmində heç bir problem yaranmamış, sağlam ictimai-siyasi vəziyyət hökm sürmüşdür.

Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox nazirlik, komitə və müxtəlif mərkəzi idarələrin fəaliyyətinə rəhbərliyi həyata keçirmişdir. Lakin 1987-ci ilin oktyabrında Sov. İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar Heydər Əliyev ertəsi gün, Kreml rejiminin təqiblərinə və səhhətinin ağır olmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək orada bəyanat vermiş, SSRİ hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmişdir. Mübariz mövqeyini qətiyyətlə davam etdirən Heydər Əliyev Dağlıq Qarabağda separatçıların qanunsuz əməlləri və yaranmış kəskin vəziyyətlə bağlı mərkəzin yürütdüyü ikiüzlü siyasətə etiraz edərək 1991-ci ilin iyulunda Kommunist Partiyasından çıxmışdır.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvana getmiş və həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Bununla da yenidən ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayan Heydər Əliyev 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında təşkilatın sədri seçilmişdir.

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər (1991–1993) muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin mərhələsi idi. Heydər Əliyev, ilk növbədə, Naxçıvanı Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Blokada şəraitində yaşayan muxtar respublikanın ağır iqtisadi-sosial problemlərini həll etmək üçün qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaratdı. Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", İranla yük və sərnişin daşınmasını genişləndirən Şahtaxtı-Poldəşt körpüsü inşa edildi və digər mühüm tədbirlər həyata keçirildi. Bu illərdə həm də Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisi onun adından "sovet”, "sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilməsi, 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi təsis olunması haqqında qərarlar qəbul etdi.

Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş və Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. O, Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991-ci il, fevral) çıxışında Vətənin ağır dövründə hər kəsi vətəndaşlıq borcunu vicdanla yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa, dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlərin, siyasi və iqtisadi böhranın, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərməyə çağırmışdır.
 
Image result for Heydər Əliyev Əli Həsənov

Heydər Əliyev Azərbaycan Ali Sovetinin 1991-ci il 7 mart tarixli sessiyasında Moskvanın müttəfıq respublikaları yeni ittifaq müqaviləsinə sürükləyən siyasətinə qarşı çıxmış və deputatları respublika rəhbərliyinin anti-müstəqillik əhval-ruhiyyəsini pisləməyə dəvət etmişdir. Həmin dövrdə SSRİ-nin saxlanması məqsədilə keçirilən referendum Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda boykot edilmiş, sovet qoşun hissələri muxtar respublikadan çıxarılmış, 20 yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Sovet İttifaqının saxlanılmasını təbliğ edən Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları ləğv edilmiş, Azərbaycan Ali Sovetinin 1991-ci il sentyabrın 8-nə təyin etdiyi prezident seçkilərinin muxtar respublikanın ərazisində keçirilməsi dayandırılmışdır.

Həmin dövrdə erməni millətçilərinin Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək səylərinin ağır nəticələri, 20 yanvar faciəsi və ondan sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslər, respublikanın kommunist rəhbərliyinin mövqeyi və s. Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca vektorunu milli dövlətçilik ideyasının əsas məqsədinə - müstəqil demokratik dövlət uğurunda mübarizəyə istiqamətləndirmişdir.

Hakimiyyət dairələrinin xəyanətkar və səriştəsiz idarəçiliyi nəticəsində 1993-cü ilin may-iyun aylarında ölkədə siyasi böhran son həddə çatdı, respublika vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Belə şəraitdə xalqın təkidi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, onun Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Həmin gün Azərbaycan tarixinə "Milli Qurtuluş Günü” kimi daxil oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli lider 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən növbəti prezident seçkilərində də böyük səs çoxluğu ilə (76,1 %) möhtəşəm qələbə qazandı.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, xarici əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun olaraq müstəqil dövlət quruculuğu prosesi başlandı. Bəzi daxili və xarici qüvvələr tərəfindən hazırlanmış 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi planlarının, habelə şəxsən Heydər Əliyevə sui-qəsd və terror cəhdlərinin qarşısı qətiyyətlə alındı, silahlı yolla hakimiyyətə gəlmək iddialarına son qoyuldu, Azərbaycan dövlətçiliyinin iflası prosesi dayandırıldı, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. İşğalçı Ermənistan ilə müharibənin gedişində ciddi dönüşə nail olundu. Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində uğurlu əməliyyat keçirərək Horadiz qəsəbəsini və ətraf kəndləri işğalçılardan azad etdi. Beləliklə, erməni silahlı qüvvələrinin işğalı genişləndirmək planlarının qarşısı alındı, Ermənistan 1994-cü ilin mayında cəbhə xəttində atəşkəs elan edilməsinə və danışıqlar masasına qayıtmağa məcbur oldu.

Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqlarının 20%-dən çoxunun işğalı, 1 milyondan artıq yerli sakinin didərgin salınaraq çadırlarda yaşaması və digər dövlət əhəmiyyətli məsələlər barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yaranmış problemlərin həlli sahəsində çox gərgin və genişmiqyaslı fəaliyyət göstərmişdir. Heydər Əliyevin fəal diplomatik səyləri nəticəsində dünyanın böyük dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. BMT TŞ-də, ATƏT-in Budapeşt (1994) və Lissabon (1996) sammitlərində, İƏT-in üzv dövlət başçılarının zirvə toplantılarında Ermənistanın işğalı pisləndi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər qəbul edildi.

Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də Azərbaycan dövləti və xalqı qarşısında duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə, yəni iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə verilməsi və digər fundamental transformasiya proseslərini reallaşdırmaq kimi çətin vəzifələrin həlli Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin yeritdiyi yeni neft strategiyası nəticəsində Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi haqqında müqavilə imzalanmışdır. "Əsrin müqaviləsi" bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənməsi ilə əlaqədar 30-dan artıq saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı.

İlk beynəlxalq neft müqaviləsi çərçivəsində Bakı-Novorossiysk boru kəməri əsaslı təmir və bərpa olundu, Bakı-Supsa boru kəməri inşa edildi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi haqqında saziş imzalandı və onun təməli qoyuldu.

Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan öz geosiyasi, geoiqtisadi və mənəvi-mədəni potensialından səmərəli istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü yaratmağa çalışmış və bununla da ölkənin gələcək dinamik inkişafı üçün əlverişli imkanlar açılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli rəhbər şəxslərinin iştirakı ilə Bakıda İpək Yolu konfransı keçirilmiş, layihənin icraçı katibliyinin Azərbaycanın paytaxtında yerləşməsi haqqında qərar qəbul edilmişdir.

Heydər Əliyev demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, ölüm cəzasının ləğv olunması, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz Heydər Əliyevin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur.

Heydər Əliyevin "İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanı insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmışdır. Azərbaycan 1996-cı ilin iyununda Avropa Şurasında "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.
Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlıların birlik və həmrəyliyinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. O, Azərbaycan Respublikasının Prezidenti kimi xarici dövlətlərə rəsmi səfərləri zamanı orada yaşayan azərbaycanlıların nümayəndələri görüşlər keçirir, Azərbaycan diasporunun formalaşması və təşkilatlanması üçün ardıcıl və səmərəli tədbirlər görürdü. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Bakıda dünya azərbaycanlılarının ilk tarixi qurultayı keçirilmiş, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edilmişdir.

Heydər Əliyevin Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri və bir sıra digər sahələrdə coşqun fəaliyyəti milli-mədəni inkişafda və mənəvi birliyin möhkəmlənməsində böyük rol oynamışdır.

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin dərindən öyrənilməsi və fəaliyyətinin obyektiv qiymətləndirilməsi məsələsinə xüsusi diqqət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 80 və 85 illik yubileyləri ölkədə geniş qeyd olunmuş, Bakı şəhərində Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında qərar qəbul edilmişdir.

Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində, fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə xalqına və Azərbaycana sədaqətlə xidmət göstərmiş, istedadını, bilik və bacarığını milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə sərf etmişdir.

Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini daim minnətdarlıqla xatırlayır. Unudulmaz liderimiz Heydər Əliyevin miras qoyduğu zəngin irs, ölməz ideyalar bu gün də yaşayır və bizi inamla gələcəyə aparır. Ulu öndərin özünün də dediyi kimi, nə qədər ki Azərbaycan var, o da olacaqdır. Əminliklə demək olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir. Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi altında müasir inkişaf tariximizin yeni salnaməsi yaranır.
 
Demokrat.Az
Loading...
12 Dekabr 2018, 15:09   
loading...
Ən çox izlənənlər
Xəbərlər

Новости

Всё то,что нужно знать о пожарах в Австралии

После уже разрушительного начала сезона пожаров Австралия готовится к ухудшению ситуации. "TheVerge" будет обновлять эту страницу с новостями и анализами, как огонь ярости. Что происходит? «Австралия готовится к тому, что дела пойдут хуже» В Новом Южном Уэльсе, Австралия, вспыхнули десятки пожаров, в результате чего правительство объявило чрезвычайное положение в ноябре. Пожары быстро распространились по всем штатам и стали одними из самых разрушительных за всю историю. Сгорел район размером с Южную Корею, примерно 25,5 млн. Акров. По меньшей мере 27 человек погибли, в том числе не менее трех пожарных-добровольцев, и еще больше пропали без вести. Около 2000 домов были разрушены или повреждены. Когда в преддверии канун Нового года вспыхнуло пламя, тысячи людей, которые были вынуждены эвакуироваться, искали убежища на пляжах в Новом Южном Уэльсе и Виктории. Более 100 пожаров все еще горят. Лето длится с декабря по февраль в Австралии, причем сезон пожаров обычно достигает пика в конце января или начале февраля, поэтому ожидается, что стихийное бедствие продолжится. 3 января чиновники предупредили, что в ближайшие дни условия будут ухудшаться. «Это будет доменная печь», - заявил министр транспорта Нового Южного Уэльса Эндрю Констанс The Sydney Morning Herald. К 10 января начался очередной раунд массовых эвакуаций в наиболее пострадавших районах юго-востока из-за опасных ветров, раздувающих пламя. Дым стал еще одной катастрофой. 1 января в столице Австралии было зафиксировано худшее загрязнение, которое он когда-либо видел, с показателем качества воздуха в 23 раза выше, чем то, что считается «опасным». Дым в городе закрался в родильные комнаты, остановил работу аппаратов МРТ и вызвал респираторное расстройство в одном из них. пожилая женщина, которая умерла вскоре после того, как сошла с самолета. Дым достиг Новой Зеландии за 1000 миль, где он создал жуткие сцены на покрытых ледниками вершинах. Шлейфы были настолько толстыми, что спутник НАСА делал снимки из космоса. Согласно одной из оценок, полученных в Сиднейском университете, более 1 миллиарда млекопитающих, птиц и рептилий, вероятно, погибли в пламени. Около 25 000 коал были убиты на острове Кенгуру. Считается, что восемь тысяч коал, одна треть всех коал в Новом Южном Уэльсе, погибли, и около 30 процентов среды обитания коал также были уничтожены. Разрушения только усиливают существующее давление на уникальные экосистемы Австралии. На континенте обитает 244 вида, которых больше нигде нет. В регионе также наблюдается самый высокий уровень вымирания местных млекопитающих за последние 200 лет.«Потенциальное воздействие на дикую природу разрушительно», - рассказывает The Verge Кристал Колден, доцент кафедры пожарной науки в университете штата Айдахо, который изучал лесные пожары в Тасмании в 2018 году. «Не будет полного учета того, насколько это плохо на самом деле в течение многих лет». Некоторые экосистемы, такие как эвкалиптовые леса, подвержены пожарам и возвращаются. Но Колден отмечает, что Австралия также является домом для растительности, населенной видами, которым удалось выжить в течение миллионов лет. «Эти действительно невероятные остатки, вы знаете, эпохи динозавров, по сути, не приспособлены к пожару, и когда он сгорит, он исчезнет». Больница Коала работает над спасением раненых животных после лесных пожаров в Восточной Австралии Во время вручения премии «Золотой глобус» 5 января знаменитости, в том числе Хоакин Феникс, Эллен ДеДженерес, Патриция Аркетт и Кейт Бланшетт, поделились своей обеспокоенностью по поводу пожаров. Уроженец Австралии Рассел Кроу пропустил церемонию награждения из-за пожаров (его дом был поврежден в результате пожаров в ноябре), но Дженнифер Энистон доставила ему сообщение после того, как он получил звание лучшего актера в ограниченном сериале или в фильме «Сделано для телевидения». «Не делайте ошибки. Трагедия, разворачивающаяся в Австралии, основана на изменении климата », - говорится в его сообщении. Какое отношение к этому имеет изменение климата? Огненные бури не новы в Австралии. Обычно жарко и сухо, как в Калифорнии или Средиземноморье. Эвкалиптовые леса в Австралии имеют уникальное отношение к огню; деревья на самом деле зависят от огня, чтобы высвободить свои семена. Однако пожары этого сезона беспрецедентны. Это намного более ранний пожарный сезон, и пожары стали очень большими, очень рано, говорит Колдэн The Verge. Погодные условия, питающие пожары, являются историческими. Австралия пострадала от своего самого жаркого дня в истории 18 декабря, достигнув средней по стране температуры 41,9 градусов по Цельсию (107,4 градусов по Фаренгейту). Прошлый месяц был самым жарким декабрем в Австралии, а 2019 год был самым жарким и самым сухим за всю историю страны. Экстремальная жара и засуха создают еще большую опасность для пожаров. Повышенная интенсивность и частота лесных пожаров соответствуют прогнозам ученых в отношении потепления.Пожарные продолжают бороться с лесными пожарами, поскольку в Новом Южном Уэльсе выдается предупреждение о катастрофической опасности пожара «Реальность такова, что это является функцией изменения климата - этой экстремальной жары, этих экстремальных условий, которые настолько изменчивы и вызывают такие виды интенсивности и горения в начале сезона, которые мы обычно не видим в Австралии», - говорит Колден. Премьер-министр Австралии Скотт Моррисон сталкивается с жарой из-за своего бездействия в отношении изменения климата и защиты угля. Администрация Моррисона столкнулась с критикой за то, что она помешала глобальным усилиям завершить разработку сводного руководства по осуществлению Парижского соглашения во время климатической конференции ООН в Мадриде в декабре. Моррисон также получил негативную реакцию за то, что уехал в отпуск на Гавайи - которые он в итоге оборвал - в разгар пожаров. «Это функция изменения климата». «Я думаю, что среди ученых-экологов и экологов в Австралии есть ощущение, что мы застыли в дебатах, конечно же, в разработке политики. Я думаю, что пришло время вернуть ученых обратно в палатку, чтобы посмотреть, что может произойти в течение следующих нескольких десятилетий », - сказал Крис Дикман, эколог из Сиднейского университета, который оценил число погибших животных в огне. рассказал Общественному радио International The World. «Мы, вероятно, смотрим на то, как изменение климата может выглядеть в других частях мира на первых этапах в Австралии в настоящий момент», - сказал Дикман. 10 января тысячи демонстрантов вышли на улицы в Сиднее, Мельбурне и других городах Австралии. Демонстранты призвали прекратить субсидии на ископаемое топливо и меры по борьбе с изменением климата, и они перекрыли некоторые дороги, требуя, чтобы премьер-министр Моррисон покинул свой пост. Как ведутся пожары? Австралия сильно зависит от добровольных пожарных, особенно в сельской местности, где горит большая часть пожаров. Его реагирование на пожары в большей степени зависит от усилий сообщества по сравнению с такими местами, как Соединенные Штаты, где централизованы системы управления пожарами. Нынешний кризис привел к некоторым изменениям в политике. Поскольку волонтеры пропустили работу по борьбе с местным пожаром, Моррисон объявил в декабре, что им будет выплачена компенсация. Чтобы поддержать местные силы, австралийские военные послали на своем собственном самолете и судах и 3000 резервистов армии. Помощь также приходит из-за границы: Соединенные Штаты и Канада направили пожарных для борьбы с пламенем. Малайзия тоже готовится отправить помощь. «Это невозможно по-человечески.«» Эксперты говорят The Verge, что в экстремальных условиях пожарные могут сделать немного больше, пока не выпадет достаточное количество осадков, чтобы погасить пламя или огонь не иссякнет и не сгорит. «По-человечески невозможно предотвратить [эти пожары] или потушить их», - говорит The Verge Тимоти Ингалсби, исполнительный директор организации Firefighters United по вопросам безопасности, этики и экологии, базирующейся в Орегоне. «Мы взяли большую часть нашей стратегии жизни в условиях пожара, все на пожарных, на подавление, реагирование на пламя. И, вы знаете, сейчас мы сталкиваемся с условиями, в частности с учетом изменения климата, мы не можем этого сделать ». Исправление 6 января, 11:08 по восточному времени: в предыдущей версии статьи говорилось, что температура достигла 40,9 градусов по Цельсию, что было рекордным показателем для национальной средней температуры, установленной 17 декабря. Этот рекорд был побит 18 декабря, когда средняя температура по стране достигла 41,9 градусов по Цельсию.

Обзор iPhone 11: сочетание цены, возможностей и качества

В прошлом году Apple представила iPhone XR как «доступное» предложение в своей новой линейке iPhone. Нам очень понравился XR, и мы даже сказали, что это может быть лучший iPhone, который когда-либо делал Apple. Следствием iPhone XR является новый iPhone 11, и тот факт, что Apple решила благословить эту модель названием «iPhone 11», а не называть его чем-то вроде iPhone 11R, многое говорит о том, где компания позиционирует телефон. Но может ли этот телефон нести бремя быть известным как iPhone 11? На самом деле, это может. Удовлетворительное повышение скорости, настройка двух камер и длительное время автономной работы делают iPhone 11 даже лучше, чем прошлогодний iPhone XR. И учитывая его относительно низкую цену, это, вероятно, лучший новый iPhone для большинства людей. Улучшения камеры Отличительной чертой iPhone 11 является его 12-мегапиксельная двойная камера. Похоже, что Apple решила, что с телефонами этого года они сделают камеру ударно намеренно привлекательной. Единственная камера iPhone XR едва заметна, а дизайн удвоенной камеры iPhone XS не заставит вас задуматься о том, как она выглядит. Но двойная камера iPhone 11 требует вашего внимания и кричит: «Улыбайся! Вы на камеру! iphone xr iphone 11 камеры IPhone XR (слева) имеет одну широкую камеру. IPhone 11 (справа) имеет широкие и сверхширокие камеры. У iPhone 11 есть широкая камера, такая же, как на iPhone XR, но вторая камера iPhone 11 - это сверхширокая камера с 2-кратным увеличением, позволяющая вам снимать больше в любой среде, в которой вы снимаете. Эти две камеры также есть на iPhone 11 Pro, который добавляет третью телеобъектив для увеличения. Сверхширокий - это отличное дополнение, обеспечивающее еще большую гибкость при съемке фотографий. К счастью, Apple позволяет легко переключаться между широким и ультра широким диапазоном. При создании кадра в приложении «Камера» в нижней части рамки изображения появляется кнопка 1x, что означает, что используется широкая камера. Нажмите эту кнопку, и телефон переключится на сверхширокую камеру, и кнопка 1x станет кнопкой 0,5x. Нажмите кнопку еще раз, чтобы переключиться обратно. Кроме того, когда вы находитесь в режиме 1-кратного обзора камеры, вы получите предварительный просмотр того, как будет выглядеть сверхширокий снимок 0,5x. телефон шириной 11 фресок Снято на камеру iPhone 11 1x шириной. Приложение для камеры iphone 11 с широким видоискателем При использовании широкоугольной камеры вы можете увидеть предварительный просмотр сверхширокого обзора, не переключаясь на сверхширокую камеру. телефон 11 росписи ультра широкий Полученное изображение с помощью ультраширокой камеры iPhone 11. С точки зрения фактического качества изображения, как широкие, так и ультраширокие дают великолепно выглядящие фотографии. Цвета точные, а камеры обеспечивают потрясающий уровень детализации и четкости изображения. Конечно, мы говорили то же самое о предыдущих iPhone, и это все еще верно в отношении iPhone 11. Но эксклюзивно для iPhone 11 (и 11 Pro) - это новый ночной режим, который полностью обновляет игру Apple для съемки при слабом освещении. Действительно, если вы ищете только одну причину, чтобы купить новый iPhone, это, вероятно, это. Ночной режим снимает изображения, снятые в темноте, и использует программную обработку для выявления деталей, которые в противном случае были бы потеряны. У нас есть подробности о том, как использовать ночной режим и как он работает, в отдельной статье. Улучшение при слабом освещении было доступно в телефонах Android, и, наконец, на iPhone, и оно работает очень хорошо. Наше родственное издание PCWorld даже обнаружило, что ночной режим Apple лучше, чем версия Android. Итог: это полезная функция, которая дает отличные результаты. iphone 11 ночной режим перед Снято без использования ночного режима. iphone 11 ночной режим после Снято с активным ночным режимом. Каково это снимать в ночном режиме.Единственная проблема, с которой я столкнулся с задней камерой iPhone 11, - это отсутствие оптического зума. Как и в случае с iPhone XR, iPhone 11 имеет только цифровой зум, вплоть до 5-кратного. В некоторых случаях, особенно когда вы проходите цифровое увеличение с увеличением 2х, вы получаете заметный шум изображения, что делает неприглядную фотографию. Так что, если вы мне нравитесь и часто пользуетесь зумом, вам нужно переосмыслить то, как вы используете его на iPhone 11. камера iphone 11 крупным планом У камеры iPhone 11 нет оптического зума, хотя он предлагает 5-кратный цифровой зум. Стоит отметить, что Apple наконец-то обновила фронтальную камеру TrueDepth, с 7-мегапиксельной камеры, которая снимает видео 1080p / 60fps, до 12-мегапиксельной камеры, которая снимает видеокамеру 4K / 60fps. А передняя камера может записывать замедленное видео, которое ранее было недоступно. Так что да. Давайте посмотрим, сможет ли Apple сделать «обман». Быстрый телефон становится еще быстрее В основе iPhone 11 лежит новый процессор A13 Bionic, преемник A12 Bionic, который есть в iPhone XR. A12 Bionic - впечатляющий чип, так что же делает A13 Bionic, чтобы продолжить его? При производительности процессора выигрыш скромный. В тестах Geekbench 5 iPhone 11 продемонстрировал 14-процентное увеличение производительности одноядерного процессора по сравнению с iPhone XR, в то время как производительность многоядерных процессоров подскочила на 18%. Geekbench 5 Iphone 11 XR Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. В тестах, которые подчеркивают графическую производительность iPhone, iPhone 11 продемонстрировал более впечатляющие результаты по сравнению с iPhone XR. В тесте 3DMark Sling Shot iPhone 11 был на 29 процентов быстрее в тестах Sling Shot Extreme и Sling Shot Extreme Unlimited. В тесте 3D Stark Ice Storm Unlimited iPhone 11 был на 20 процентов быстрее. 3dmark рогатка iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. 3dmark icestorm iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. Цифры показывают повышение производительности, но чувствует ли себя iPhone 11 быстрее, чем iPhone XR? Это наверняка так. При повседневном использовании iPhone 11 чувствует себя быстрее, приложения чувствуют, что они запускаются быстрее, а производительность графики в играх заметно снижается. Это даже верно при сравнении производительности с iPhone XS, который использует тот же процессор, что и iPhone XR. IPhone 11 имеет тот же процессор, что и iPhone 11 Pro, и результаты тестов в целом для этих телефонов соответствовали друг другу. Так что, по сути, за несколько сотен долларов вы можете получить такую ​​же производительность в iPhone 11, как и профессионалы. Если производительность является вашим главным соображением, это ценностное предложение, которое трудно игнорировать. Немного больше время автономной работы Apple утверждает, что батарея iPhone 11 емкостью 3046 мАч работает на один час дольше, чем батарея iPhone XR емкостью 2942 мАч, и вы можете получить до 17 часов воспроизведения видео, 10 часов потокового видео и 65 часов воспроизведения аудио. Примечательно, что Apple больше не предоставляет оценку того, что она назвала «время разговора (беспроводное)». Для iPhone XR это было 25 часов, и мы можем подсчитать, что вы можете получить до 26 часов на iPhone 11. Согласно Apple Например, более длительный срок службы батареи был достигнут за счет сочетания большей батареи и оптимизации программного и аппаратного обеспечения. Мы использовали тест Geekbench 4 Battery Life, чтобы измерить время автономной работы и сравнить его с другими iPhone. Результаты нашего теста показали, что iPhone 11 и iPhone XR имеют одинаковое время автономной работы. На самом деле, в нашем тестировании iPhone 11 продержался всего на несколько секунд дольше, чем iPhone XR. В нашем тесте Geekbench 4 Battery Life выполняются ресурсоемкие задачи (с выключенным затемнением экрана) до тех пор, пока батарея не разрядится, поэтому она не отражает реальное использование. Тем не менее, это эффективный способ последовательно тестировать разные телефоны. батарея iphone 11 xr Результаты раз в минутах. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить.Во время ежедневного использования мне никогда не приходилось заряжать iPhone 11 до конца моего дня. Я думаю, что я более требовательный пользователь, чем большинство, потому что я играю в Pokémon Go во время моих поездок на работу и обратно, а также на прогулку с собаками. В мой самый трудный день (в субботу, прогуливаясь по парку Золотых Ворот в Сан-Франциско, играя в PoGo, наблюдая за футбольным матчем моего сына и используя навигацию по Apple Maps), я закончил день, когда осталось 24% заряда батареи. Совсем неплохо. Одним из основных недостатков в отношении срока службы батареи является прилагаемое зарядное устройство. Apple по-прежнему имеет маленькое медленное 5-ваттное зарядное устройство со своей младшей моделью iPhone. За 29 долларов вы можете купить адаптер питания USB-C на 18 Вт от Apple - тот же, что входит в комплект поставки iPhone 11 Pro. Обидно, что Apple не включает это зарядное устройство в базовую модель. IPhone 11 также поддерживает беспроводную зарядку, но вам придется приобретать беспроводное зарядное устройство Qi отдельно. Дизайн: не связывайтесь с тем, что работает Apple не сильно изменилась, когда дело доходит до промышленного дизайна. IPhone 11 очень похож на iPhone XR, с анодированными алюминиевыми боковинами, выемкой дисплея и стеклянной задней панелью, доступной в черном, зеленом, фиолетовом, белом, желтом и (Product) Red. Тем не менее, цветовая гамма в этом году отличается: Apple решила использовать пастельные оттенки, более тонкие, чем яркие цвета XR. ободок iphone 11 Лицевая панель iPhone 11 (справа) толще, чем лицевая панель на OLED-телефонах, например iPhone 11 Pro Max (слева). IPhone 11 по-прежнему оснащен черными рамками, которые толще, чем у айфонов с OLED-дисплеями. И до тех пор, пока эта модель продолжает использовать ЖК-дисплей (более дешевая деталь, чем OLED в модели Pro), более толстые лицевые панели сохранятся, чтобы помочь остановить утечку света. Имейте в виду, я не нашел ободряющих рамок. На самом деле, я фактически не замечал их, пока они мне не указали. Наиболее заметным изменением дизайна между iPhone 11 и iPhone XR (помимо цветов и неровностей камеры) является размещение логотипа Apple, который теперь находится по центру, а не около камеры.

SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin