DiKaprio “Oskar”ı geri qaytardı

DÜNYA 12 dek 2018, 13:44

Hollivud ulduzu Leonardo DiKaprio “Oskar” mükafatını geri qaytarmağa qərar verib.

 

Məsələ bundadır ki, illər boyu layiq olsa belə, bu mükafatı ala bilmədiyini dilə gətirən məşhur ulduza, biznesmen Jo Lo Marlon Brandoya məxsus “Oskar” mükafatını 600 min dollara alaraq hədiyyə etmişdi.

 

Oxu.Az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu günlərdə həmin iş adamının adının korrupsiya faktlarında hallanması Hollivud ulduzunu mükafatdan imtina etməyə təşviq edib. Aktyor J.Lonun həbsindən sonra belə bir qərara gəlib. 

 

Leonardo DiKaprio  2016-cı ildə “Sağ qalmış” filmindəki roluna görə “Oskar”a layiq görülüb. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top