"Paşinyan Ermənistanı çox pis vəziyyətə salıb" - YAP-çı deputat

GÜNDƏM 11 dek 2018, 19:30
“Bu gün Ermənistanda çox mürəkkəb situasiya formalaşıb. Məhz bunun nətcəsidir ki, Ermənistanda keçirilən seçkilərdə çox ciddi qanun pozuntularına yol verildi. Beynəlxalq təşkilatların isə bütün bu olanlara göz yumması bəlli məsələdir. Çünki onların xislətində hər zaman ikili standartlar olub. Onlar nə olur-olsun hər şeyə göz yumurlar. Yəni Ermənistanın bu dərəcədə müdafiə olunmasının, dəstəklənməsinin əsasları var”.

Demokrat.Az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda cəmiyyət iki yerə bölünüb:

““Qarabağ klanı” ilə Ermənistanın özündə yaşayan siyasətçilər arasında çox ciddi uçurum yaranıb. Cəmiyyət çox rəzil və iqtisadi cəhətən çox pis bir vəziyyətdədir. Hesab edirəm ki, yaxın günlərdə Ermənitanda çox ciddi qarşıdurmalar yaranacaq. Təbii ki, bunun üçün də bütün əsaslar yaradılıb. Amma bizi maraqlandıran əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsidir. Paşinyan meydandan gələn bir siyasətçidir. Onun heç seçkiöncəsi və hazırda verdiyi sözlər, bəyanatlar bir-birinə uyğun gəlmir. Ortada olan məsələ ondan ibarətdir ki, Paşinyan Ermənistan hakimiyyətini çox pis vəziyyətə salıb. Biz güclənirik və bundan sonra da güclənəcəyik. Əminəm ki, aparılan bu düşünülmüş siyasət nəticəsində torpaqlarımızın (ən azı 5-6 rayonumuzun) azad olunması ilə bağlı çox ciddi irəliləyiş olacaq”.

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top