Fransada tələbələr böyükmiqyaslı etiraz aksiyası keçirir

HADİSƏ 11 dek 2018, 15:58
Fransa institutlarının və universitetlərinin tələbələri ali təhsil müəssisələrində təhsil haqlarının qaldırılmasına etiraz olaraq küçələrə çıxıb.

Demokrat.Az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Hazırda 450-yə yaxın təhsil müəssisəsinin işi pozulub, onlardan 50-si tamamilə bloklanıb. Tələbə ittifaqları ən azı həftənin sonuna qədər etirazlarını davam etdirmək niyyətində olduqlarını söyləyiblər.

Qeyd edək ki, tələbə etirazları Fransada “sarı jiletlilər”in davam edən nümayiş dalğaları fonunda daha da artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top