"Konsertlərində çərçivə var" - Tahir İmanov “Bu Şəhərdə”ni TƏNQİD ETDİ - VİDEO

MARAQLI 10 dek 2018, 23:51
Xalq artisti, “Planet Parni İz Baku” komandasının bədii rəhbəri Tahir İmanov aparıcı Murad Arifin təqdimatında olan “Popumuz var” verilişinin qonağı olub.

Demokrat.Az "publika.az" saytına istinadən xəbər verir ki, İmanov verilişdə “Bu şəhərdə” komandası haqda da fikirlərini səsləndirib.

“Öncə onu deyim ki, Rafael İsgəndərov müasir dövrün ən istedadlı komiklərindəndir. Lakin “Bu şəhərdə” konsertləri müəyyən çərçivədədir. Onların konsertlərində ciddi satira və tənqid yoxdur. Çox gülməli və məzəli səhnəciklər nümayiş etdirsələr də, satiraları iti deyil. Bu onların seçimidir və hörmətlə yanaşıram”.

Verilişdən sözügedən görüntüləri təqdim edirik
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top